Səddam Hüseynin asılaraq edam edilməsinə qərar verən hakim ölüb
Tehran, 3 aprel, AZƏRTAC
İraqın keçmiş lideri Səddam Hüseyni ölüm hökmünə məhkum edən 52 yaşlı hakim Muhəmməd Əl-Ureybi koronavirusa yoluxaraq həyatını itirib.
AZƏRTAC İraq mətbuatına istinadla xəbər verir ki, Muhəmməd Əl-Ureybidən əvvəl S.Hüseynin işinə hakim Abdullah Əl-Əmiri baxırdı. Lakin həmin dövrdə İraqın Yüksək Məhkəmə Şurası A.Əl-Əmirini S.Hüseynə qarşı olduqca yumşaq davranmaqda ittiham edərək onu işdən kənarlaşdırdı. Onun yerinə təyin olunan gənc M. Əl-Ureybi qəddarlığı ilə fərqləndi. Onun göstərişi ilə əvvəlcə S.Hüseyn məhkəmə salonuna əlləri bağlı gətirildi. Sonra İraqın keçmiş lideri hakimin sözünü kəsdiyinə görə cəzalandırılaraq yatağı olmayan kameraya salınmış və onun gəzintiyə çıxması qadağan edilmişdi.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]