Səfir: Azərbaycanla BƏƏ arasında süni intellekt və rəqəmsallaşdırma sahələrində əməkdaşlıq perspektivləri mövcuddur
Bakı, 4 dekabr, Ceyhun Xəlilov, AZƏRTAC
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri iki dost ölkə arasında süni intellekt sahəsində əməkdaşlıq üçün artıq geniş imkanlar mövcuddur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi deyib.
Müasir dövrdə süni intellektin həyati əhəmiyyət daşıdığını deyən səfir ölkəsinin rəqəmsallaşdırma sahəsində lider dövlətlərdən biri olduğunu bildirib.
“Süni intellekt bu gün bütün hökumətlər üçün vacib bir alətə çevrilib. BƏƏ isə süni intellekt sahəsində lider ölkələrdən biridir. Həmçinin bütün dövlət idarə və müəssisələrinin rəqəmsallaşdırılması baxımından ön sıralarda yer alır. Dost ölkələrimiz arasında da əməkdaşlıq perspektivləri görünür”, - deyə səfir diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]