Azərbaycan Dövlət İnformasiya Agentliyi

SƏFİR HAFİZ PAŞAYEV: BU VƏZİFƏYƏ AKADEMİYADAN GƏLMİŞDİM, AKADEMİYAYA DA QAYITMAQ İSTƏRDİM

Amerika Birləşmiş Ştatları paytaxtının meri Antoni Uilyamsın qərarı ilə, Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayevə “Vaşinqtonun fəxri vətəndaşı” adı verilmişdir. Mer həmçinin 2006-cı il iyul ayının bir gününün (13 iyul) “Səfir Hafiz Paşayev günü” kimi qeyd edilməsi haqqında sərəncam vermişdir. Azərbaycanlı diplomata bu fəxri qərarı şəxsən təqdim edən mer Uilyamsın anası bildirmişdir ki, Hafiz Paşayev Azərbaycanın ABŞ-dakı birinci səfiri kimi on üç il yarım ərzində ölkəsinin maraqlarını ləyaqətlə təmsil etmiş, mədəniyyətini amerikalılara tanıtmışdır. Hafiz Paşayevin Vaşinqtondakı diplomatik səlahiyyətlərini başa vurması münasibətilə bu günlərdə keçirilən ziyafətdə ABŞ-ın nüfuzlu ictimai xadimləri, işgüzar dairələrinin nümayəndələri, keçmiş sovet məkanı üzrə ABŞ təhlilçiləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak etmişlər. Tədbirə qoşulanlar arasında ABŞ-ın sabiq milli təhlükəsizlik müşavirləri Zbiqnev Bzejinski, Brent Skoukroft, sabiq Dövlət katibinin birinci müavini Riçard Armitac və digər mötəbər şəxslər var idi. Tədbir iştirakçıları Hafiz Paşayevə yüksək səviyyəli diplomatik xidmətinə görə təşəkkür etmiş, ona gələcək planlarında uğurlar arzu etmişlər. Azərbaycan səfiri Vətənə yola düşməzdən əvvəl, AZƏRTAC-ın müxbirinə müsahibə vermişdir. Həmin müsahibəni oxuculara təqdim edirik.

- Hafiz müəllim, bizimlə görüşə vaxt ayırdığınız üçün təşəkkür edirik. Bu ay Siz, Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini təhvil verib Vətənə qayıdırsınız. Ölkəmizin xaricdəki diplomatik korpusunun, ən uzun müddət xidmət edən səfirisiniz. Əminəm ki, Vaşinqtondakı 13 il yarımlıq təcrübəniz oxucularımız üçün də maraqlı olacaq xatirələrlə zəngindir. Onların bəzilərini bizimlə bölüşməyinizi xahiş edirik. Gəlin, söhbətimizə bu sualla başlayaq - fizika elmləri doktoru, professor diplomatik iş cəhətdən ən çətin ölkədə Azərbaycanın nümayəndəsinə necə çevrildi?

- Doğrusu, bu suala cavab verməkdən yorulmuşam. Çünki bu illər ərzində mənə bu sualı həm burada, həm də Bakıda tez-tez verirdilər. Amma qısa cavab budur ki, Azərbaycan müstəqil dövlət olandan sonra ABŞ-a səfir təyin etmək vacib işlərdən biri idi. Əbülfəz Elçibəy sovet strukturlarında işləmiş məmurların çoxundan hər hansı bir diplomatik işdə istifadə etmək istəmirdi. 1970-ci illərdə Amerikada yaşayıb işləməyim, burada yığdığım təcrübəm prezidenti belə qənaətə gətirdi ki, mən Amerikada Azərbaycanın səfiri kimi fəaliyyət göstərə bilərəm. O zaman Vaşinqtonda bizim heç nümayəndəliyimiz də yox idi. Təbii ki, hər şeyi sıfırdan - hətta deyərdim, sıfırdan yox, mənfidən - başlamalı idik. Çünki məşhur 907-ci qadağa artıq Azərbaycanın üzərinə qoyulmuşdu. Bunun da əsas səbəblərindən biri burada nümayəndəliyimizin olmaması idi. Təyinatımdan dərhal sonra praktiki hazırlıq işləri apardıq və Amerikaya ayaq basdıqdan dərhal sonra gərgin iş prosesi başladı. Əlbəttə, həmin günlərin özünəməxsus xüsusiyyətləri var idi: əlaqələr yaratmaq, ilk rəsmi görüşlər keçirmək, ümumiyyətlə, çox həyəcanlı bir dövr idi. Həmin dövrün həyəcanı, gərginliyi mənə heç düşünməyə də imkan vermirdi. Amma Azərbaycan asta-asta, addım-addım Vaşinqtonda özünə yer etməyə başlayırdı. Son ictimai çıxışımda bunu xatırlayaraq dedim ki, Azərbaycanın Vaşinqtona təqdim edilməsinin ilk mərhələsi ölkəmizi Vaşinqton xəritəsinə yerləşdirməkdən ibarət idi.

Yadımdadır, “Vaşinqton Post” qəzeti 1993-cü ildə bir karikatur dərc etmişdi. Bilirsiniz ki, həmin illərdə Azərbaycanda çox gərgin günlər yaşanırdı, Ermənistanla müharibə şiddətli mərhələdə idi. Karikaturun mövzusu bundan ibarət idi ki, Ağ Evin məsul işçisi köməkçisini çağırıb deyir: “Siz Azərbaycan üzrə mütəxəssissiniz. İndicə aldığımız məlumata görə, Azərbaycanda yenidən problem yaranıb. Məsləhət verin”. Həmin an bu dırnaqarası Azərbaycan eksperti xanımından zəng qəbul edir. Xanımı ondan nahara nə vaxt gələcəyini soruşur, Ağ Evin işçisi isə fürsətdən istifadə edib xanımından kömək istəyir: “Əzizim, bilmirsən Azərbaycan harada yerləşir?” Bu karikatur özü-özlüyündə onu göstərirdi ki, hətta Ağ Evin məsul işçilərinin Azərbaycan haqqında təsəvvürləri yox idi. Bax, biz ABŞ-da belə şəraitdə fəaliyyətə başlamışdıq. Amma vəziyyət ardıcıllıqla dəyişməyə başladı. İndi, özünüz görürsünüz, Azərbaycan Amerika ilə bərabərhüquqlu strateji tərəfdaşdır. Təbii ki, bunda mənim də rolum olmuşdur. Amma əsasən Azərbaycanın mövqeyi, vacibliyi onu bu yüksək səviyyəyə gətirib çıxarmışdır.

- Cənab Səfir, ötən illərə nəzər salanda Vaşinqtonda əldə etdiyiniz nələri ən böyük nailiyyətlər və qarşılaşdığınız ən böyük çətinliklər hesab edirsiniz?

- Ümumiləşdirsəm, ən böyük nailiyyəti Azərbaycanı ABŞ-da tanıtmaqda görürəm. Mən on üç il ərzində bir neçə dəfə evə dönməyə cəhd etmişəm. O cəhdlər, həmişə hansısa bir uğurdan sonraya təsadüf edirdi. Ən böyük qürur hissi keçirdiyim an, 1997-ci ildə Prezident Heydər Əliyevin ABŞ-a rəsmi səfəri idi. Azərbaycan-Amerika münasibətlərində tarixi rol oynamış həmin səfər müəyyən mənada münasibətlərimizdə dönüş nöqtəsi kimi qiymətləndirilir və bu günə qədər ABŞ-da yada salınır. Azərbaycanın özünə inamlı ölkə kimi Amerikada tanınması məhz o səfər zamanı baş vermişdir. Xatırlayıram, səfər yekunlaşan günü mərhum Prezident Heydər Əliyev məni otağına çağırdı və səfirlik tərəfindən yaxşı iş aparıldığını qeyd etdi. Mən, fürsətdən istifadə edib dedim: “Cənab Prezident, icazə versəniz, mən Bakıya dönərdim. Ailəm və mühit üçün çox darıxmışam”. O, əlbəttə, mənim bu müraciətimi, müsbət baxışla izlədi və dedi ki, Amerikada görüləsi hələ çox iş qalıb. Xüsusilə də, 907-ci maddə ilə bağlı. O zaman 907-ci maddənin qadağaları artıq bəzi sahələrə yayılmırdı. Azərbaycan Amerikadan bir sıra yardımlar almağa başlamışdı. Bu ədalətsiz qanunun mənfi cəhəti ilə yanaşı, müsbət cəhəti də var idi. Azərbaycanın Vaşinqtondakı diplomatları yerli siyasi sistemi tez bir zamanda mükəmməl öyrənməyə məcbur idilər. Hətta, keçmiş sovet ölkələrinin bəzi diplomatları bizə müraciət edib, Konqreslə necə işləməyə dair məsləhətlər alar, təcrübəmizi öyrənərdilər. Yadımdadır, Dövlət katibi Madlen Olbrayt 1995-ci ildə Bakıya səfər edəndə xarici işlər naziri Həsən Həsənovla görüşdə mənim işim haqqında nazirə müsbət rəy vermişdi. Həsən Həsənovun buna cavabı belə idi: “Biz onun işi haqqında qərarımızı 907-ci maddə ləğv edildikdən sonra verəcəyik”. Xanım Olbrayt isə gülə-gülə mənə baxıb demişdi: “Zavallı səfir, ömrünüzün sonuna qədər Vaşinqtonda qalmalı olacaqsınız”. Görünür, xanım Olbrayt həqiqətdən çox uzaq deyilmiş.

- ABŞ Administrasiyasının və Konqresinin Azərbaycana münasibətləri niyə bu qədər fərqlənir?

- Bəli, bu sualı da mənə tez-tez verirdilər. Hətta Bakıda taksiyə minərkən, sürücülər belə maraqlanırdılar. Suala cavab yenə də, Amerika siyasi sisteminin xüsusiyyətlərindədir. İndi artıq Azərbaycan ictimaiyyəti ABŞ siyasi sistemini yaxşı öyrənib. Bilirlər ki, Administrasiya və Konqres arasında mühüm xarici siyasət məsələlərində belə yekdil fikir olmur. Konqresin hər bir üzvü oraya öz fərdi proqramı, siyasi məqsədləri və gündəmi ilə gəlir. Bəzən bu siyasi məqsədlər Amerikanın siyasi məqsədləri ilə üst-üstə düşmür. Bu, faktdır. Azərbaycan siyasiləri və ictimaiyyəti də Amerikanın siyasi sistemini öyrənməkdə uzun bir yol keçmişdir. Biliklərimizi ardıcıllıqla əldə etmişik. Azərbaycandan gələn nümayəndə heyətlərini Konqresdəki görüşlərdə müşayiət edərkən görürdüm ki, onlar suallarını həyəcanlı və əsəbi formada verirlər. Bir dəfə Milli Məclisin sabiq üzvü Etibar Məmmədov Nyu-York ştatının təmsilçisi Ben Gilmanla görüşürdü. Etibar Məmmədov görüşün əvvəlində Azərbaycanla bağlı vacib məlumatı konqresmenə çatdırmağa başladıqdan bir neçə dəqiqə sonra konqresmen yuxuya getdi. Köməkçisi səsini ucaltmaqla onu ayılda bildi. Görüşdən sonra Etibar Məmmədov mənə yaxınlaşaraq dedi: “Görürəm buradakı işin yaman ağırdı. Bunlarla necə uyğunlaşırsan?” Bütün bunlara baxmayaraq, Amerika sisteminin öyrənilməsində bizim nümayəndə heyətlərimizin buraya səfəri vaxtilə böyük rol oynamışdır.

- Cənab səfir, Azərbaycanda aparılan demokratik islahatların sürəti ABŞ-da dəfələrlə tənqid olunmuşdu. Hökumətin mövqeyini Vaşinqtonda təqdim etmək çətin idi?

- Məncə, bu sahədə Amerikada kifayət qədər məlumat olmadığından qeyri-tarazlı tənqid yer almışdır. Həm buradakı rəsmi görüşlərimdə, həm də Bakıdakı ABŞ səfirliyi nümayəndələri ilə söhbətimdə onun şahidi olmuşam ki, Azərbaycanda gedən proseslər dəqiqliklə və müntəzəm şəkildə izlənilir. Müsbət cəhətlərə onların müvafiq də münasibəti vardır. Amma buradakı qəzet və jurnallar çox vaxt bu məsələyə ekstremal mövqedən yanaşırlar. Biz hamımız etiraf edirik ki, Azərbaycanda demokratiyanın inkişafı sahəsində hələ çox işlər görülməlidir. Amma, eyni zamanda, bizim tərəfmüqabillərimiz də etiraf etməlidir ki, nailiyyətlərimiz var. Son dövrdə rəngli inqilablar məfhumu ətrafında çox müzakirələr aparılırdı. Bəzi yazarlar hadisələrin inkişafından elə həyəcanlanmışdılar ki, keçmiş sovet respublikalarının hamısında rəngli inqilab gözləyirdilər. Zənn edirdilər ki, inqilab olmasa, demək, demokratiya lazımi səviyyədə deyil. Bu, çox sadəlövh fərziyyədir. Xoşbəxtlikdən, Azərbaycan 2005-ci il seçkilərindən sonra özünün qəti və yaxşı düşünülmüş siyasətini apardı. Mən, Prezident İlham Əliyevin bununla bağlı mövqeyini dəstəkləyirəm. Onun siyasi sahədə Azərbaycanın beynəlxalq aləmdə tanınması, iqtisadi sahədə insanların rifahının yüksəlməsinə yönələn tarazlaşmış siyasət aparması təqdirəlayiqdir. Həmin siyasət burada da öz təsdiqini tapmışdır. Prezident İlham Əliyevin aprel ayında ABŞ-a səfəri zamanı onun siyasətinin dəstəkləndiyi bir daha təsdiq olundu. ABŞ-la Azərbaycan arasında əməkdaşlıq bir çox sahələrdə olduğu kimi, demokratiya sahəsində də inkişaf etdiriləcəkdir. Bu, həm Azərbaycan, həm də, Amerika üçün vacibdir.

- Səfir kimi, Siz Azərbaycanın hakimiyyətdə olan üç prezidenti ilə işləmisiniz. Onların hər biri ilə peşəkar ünsiyyət xatirinizdə necə qalacaq?

- Doğrusu, Prezident Əbülfəz Elçibəylə ünsiyyətdən xatirələrim yoxdur. Çünki, əvvəla, o, məni təyin etdikdən çox az sonra prezident vəzifəsindən getdi. Bir də ki, heç telefon vasitəsilə də təmaslarımız olmamışdır. Əsas iş təcrübəmi Heydər Əliyevin prezidentliyi dövründə toplamışam. Heydər Əliyevin onillik hakimiyyət dövrü Azərbaycan-Amerika əlaqələrinin ən vacib dövrü kimi tarixdə qalacaqdır. O dövrlə bağlı, əlbəttə, saysız xatirələrim var. Ən əsas xatirəm isə budur ki, dövlət quruculuğunda Heydər Əliyevin əvəzi yoxdur. Burada Amerika siyasətçilərinin Heydər Əliyevlə görüş zamanı ondan dərs aldıqlarını həmişə qürur hissi ilə müşahidə edirdim. Onlar üçün bu, əvəzolunmaz təcrübə idi. Heydər Əliyev 1994-cü ildə ABŞ-a ilk səfəri zamanı BMT Baş Məclisində çıxış etmişdir. Həmin səfər zamanı biz, Prezident Heydər Əliyev ilə Bill Klintonun görüşünə nail ola bildik. Nyu-Yorkda baş tutan bu görüşə hazırlıq mərhələsində proqram üzərində mənimlə çalışan Ağ Evin əməkdaşı sual verdi - necə bilirsiniz, görüş zamanı Prezident Klinton Heydər Əliyevdən Rusiya ilə bağlı məsləhət istəsə, ona cavab alarmı? Mən dedim ki, əlbəttə. Heydər Əliyev bütün suallara açıqdır, nə istəsəniz soruşa bilərsiniz. Prezident Heydər Əliyevin Azərbaycan-Amerika münasibətlərində aparıcı rolu həmişə yadımda qalacaq. Dünyada gedən prosesləri onun kimi dərk edən ikinci bir şəxs tanımıram.

İlham Əliyev prezident seçkilərindən uzun müddət əvvəl Amerikada artıq tanınmış şəxsiyyət və siyasətçi idi. Bilirsiniz ki, İlham Əliyev Amerika şirkətləri ilə Azərbaycan arasında imzalanmış müqavilə üzrə danışıqlar aparan əsas mütəxəssis idi. Bu müqavilənin müvəffəqiyyətində İlham Əliyevin böyük rolu olmuşdur. Prezident seçkilərindən sonra İlham Əliyev fəaliyyəti ilə Azərbaycanı dünyaya daha da tanıtmışdır. Onun Vaşinqtona son səfəri bu mənada mühüm hadisə idi. Səfəri hazırlayarkən və səfər zamanı mən yaxşı hiss edirdim ki, İlham Əliyevə olan hörmət, izzət və inam həm də Azərbaycana olan hörmət və inam idi. Səfərin nəticələri çox uğurlu idi. Xoşbəxtəm ki, səfir səlahiyyətlərimi bu uğurlu səfərlə yekundaşdırıram. Onu da xatırladım ki, burada olduğum müddətdə Azərbaycan Prezidentinin səkkiz səfərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmişəm.

- Hafiz müəllim, Vətənə qayıtdıqdan sonra nə ilə məşğul olacaqsınız?

- İlk növbədə, əlbəttə, özümü yerli şəraitə uyğunlaşdırmalıyam. Müəyyən planlarım var. Bilirsiniz ki, mən, bu vəzifəyə Akademiyadan gəlmişdim. Fikirləşəndə ki, haraya gedə bilərəm, düşünürəm ki, yenə də Akademiyaya. İnşaallah, qismət olsa, hansısa bir akademiyaya getmək istərdim.

- Müsahibəyə görə təşəkkür edirik. Sizə gələcək işlərinizdə uğurlar və cansağlığı arzu edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi Bank: Azərbaycanda orta səviyyəli təmərküzləşmə müşahidə olunur

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Yük avtomobili yolda qalıb, 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir YENİLƏNƏCƏK

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi