Azərbaycan Dövlət İnformasiya Agentliyi

SƏFİR STİVEN MƏNN: TƏRƏFLƏR DANIŞIQLARDA ÇOX YAXINDIRLAR

ATƏT-in Minsk qrupunun həmsədrləri Stiven Mənn, Yuri Merzlyakov və Bernard Fasye, habelə ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə tərəflər arasında aparılan sülh danışıqlarının hazırkı vəziyyətinə dair məsləhətləşmələr keçirmək üçün martın 7-8-də Vaşinqtonda görüşəcəklər. Görüş ərəfəsində amerikalı həmsədr səfir Stiven Mənn AZƏRTAC-ın müxbirnə müsahibə vermişdir. Həmin müsahibəni oxuculara təqdim edirik.

- Cənab Mənn, söhbətə razılıq verdiyinizə görə sizə təşəkkür edirik. Son vaxtlar uzunmüddətli münaqişənin həllini tapmaq üçün Azərbaycan və Ermənistan rəhbərliyi arasında artan təmaslar Dağlıq Qarabağ məsələsini yenidən beynəlxalq icmanın gündəliyinə gətirmişdir. Azərbaycan və Ermənistan prezidentlərinin nəticəsiz başa çatan Fransa görüşündən sonra bəzi müşahidəçilər vəziyyəti Praqa prosesinin sonu kimi dəyərləndirdilər. Bu, belədirmi? Ümumiyyətlə, bizi Praqa prosesinin mahiyyəti ilə tanış edə bilərsinizmi?

- Əvvəla, onu bildirim ki, Praqa prosesinin sonuna inanmıram. Hesab edirəm ki, razılaşma əldə etmək üçün bizim hələ də ümidimiz və imkanımız var. Lakin vaxt azdır. Praqa prosesinə gəldikdə isə, bu proses Qarabağ üzrə nizamlama əldə etmək üçün beynəlxalq vasitəçilər tərəfindən yaradılmışdır. Biz hər iki ölkədə münasib siyasi pəncərə gördüyümüzü düşünüb bundan istifadə etməyə cəhd göstərdik. Praqa prosesi 2004-cü ilin yazında başladı. Ötən müddət ərzində biz Praqada və Avropanın digər paytaxtlarında, adətən, xarici işlər nazirləri səviyyəsində görüşmüşük. Başlananda bu proses tərəflərə danışıqlar üçün deyil, imkanlar və məsələləri araşdırmaq üçün məxfi çərçivə kimi təşkil edilmişdi. 2004-cü ilin sonuna yaxın biz müzakirələrdən danışıqlara keçdik. İndi isə, bir illik danışıqlardan sonra həmsədrlər danışıqlardan qərarlara keçilməli olduğunu qərara aldılar. Beləliklə, biz Rambuye görüşünə gəldik.

- Rambuye danışıqlarından sonra ABŞ tərəfi nəticələrdən təəssüfləndiyini bildirdi. Bunu dövlət katibinin köməkçisi Nikolas Börns ifadə etdi, Bakıdakı səfir Rino Harniş də dedi. Bu, o deməkdir ki, prezidentlərin görüşündən Vaşinqtonun müəyyən gözlədikləri var idi. Bunlar nədər ibarət idi?

- Bəli, var idi. Bizim ümidlərimizi həmsədr ölkələr və Minsk qrupu da bölüşürdü. Danışıqlarda çox yaxın olduğumuzu görürdük. Hər iki tərəf böyük irəliləyiş əldə etmişdir. Azərbaycan və Ermənistan prezidentləri, eləcə də xarici işlər nazirləri nailiyyətlərinə görə tərifə və hörmətə layiqdirlər. Amma bununla yanaşı, həll olunmayan bir sıra ciddi məsələlər də mövcuddur. Lakin biz elə bilirdik ki, Rambuyedə boşluqları aradan qaldıraraq irəli gedəcəyik. Bu, baş vermədi. Biz bundan təəssüflənirik. Mən bunu etiraf etməliyəm. Amma, hər iki tərəfdə çox ciddi insanlar təmsil olunublar. Prezidentlər özləri çox ciddi və qətiyyətlidirlər. Ona görə, hələ də ümidliyəm ki, ixtiyarımızda olan vaxt ərzində irəliyə gedə bilərik. Vaxtla mən nəyi nəzərdə tuturam? Məncə, ilin sonuna yaxın hər iki ölkə siyasi mövsümə daxil olacaqdır. Ermənistanda parlament, Azərbaycanda prezident seçkiləri gözlənilir. Bu bir faktdır ki, daxili siyasi debatlarla rastlaşan hökumətlər üçün danışıqlarda irəli getmək çətin yox, qeyri-mümkündür. Ona görə, həmsədrlər inanırlar ki, razılaşmanı indi əldə etmək lazımdır. Belə düşünməyənlər ola bilər. Lakin Qarabağ münaqişəsinə ciddi yanaşan hər bir adam başa düşür ki, biz elə bir mərhələdəyik ki, qərarlar qəbul edilməlidir.

- Son müsahibələrinizin birində, münaqişə 2006-cı ildə həll olunmasa, bunun tərəflər üçün faciə ilə qurtaracağını demisiniz. Bunu izah edə bilərsinizmi?

- Əgər biz 2006-cı ildə mövcud boşluqları aradan qaldıra bilməsək, tərəfləri bu qədər dərin danışıqlar səviyyəsinə çatdırmaq üçün bir neçə il gözləməli olacağıq. Mən səhv düşünə bilərəm. Amma, məncə, haqlıyam. Təmas xəttinin hər iki tərəfində yüz minlərlə məcburi köçkün düşən insanların humanitar faciəsi davam edir, hər il təmas xəttində 20-30 nəfər erməni və azərbaycanlı əsgər həlak olur. Biz bunun qarşısını ala bilmirik. Bundan başqa, məncə, əsas problemləri həll etməsək, böyük təhlükələrlə üzləşəcəyik.

- Həmsədrlərin Vaşinqton məsləhətləşmələrində nə baş verəcək?

- Bu, həmsədrlərin mütəmadi məsləhətləşmələrindən biridir. Biz hərdən Moskva, Paris və ya Vyanada görüşürük. Bu dəfə həmsədrlər və səfir Kaspşik Vaşinqtona gələcəklər. Bu görüş bizə Rambuyedə baş verənləri daha dərindən qiymətləndirmək və prosesdə gələcək addımlarımızı müəyyənləşdirmək üçün imkan verəcəkdir.

- Cənab Mənn, vasitəçi kimi siz terminologiyada “güzəşt” sözünə geniş yer verirsiniz. Amma Azərbaycan ictimaiyyəti və beynəlxalq icmanın bir hissəsi ATƏT-in həmsədr ölkələrinin münaqişəyə yanaşmasını haqlı olaraq ədalətsiz hesab edir. Çünki bu günə qədər heç bir həmsədr ölkə Ermənistanı birbaşa işğalçı adlandıraraq onu pisləməyibdir. Biz sizinlə sonsuz olaraq siyasi iradə və hər iki tərəfin etməli olduğu güzəştlərdən danışa bilərik. Amma fakt faktlığında qalır. Burada işğalçı və onun qurbanına çevrilən iki dövlət var. Azərbaycanın 20 faiz ərazisi qonşusu tərəfindən zəbt olunubdur. Sizin bu yanaşmanız Ermənistana əsas verir ki, o, işğal etdiyi ərazilər vasitəsilə sülh danışıqlarında Azərbaycanı şantaj etsin.

- Birincisi, həmsədrlərə belə bir mandat verilməyibdir. Biz, ATƏT-in Daimi Şurasının və fəaliyyətdə olan sədrin bizə verdiyi göstərişlər əsasında işləyirik. Göstərişlər isə, həmsədr prosesinin başlanğıcından indiyədək eyni qalmaqdadır - vasitəçi olmaqla tərəfləri biri-birinə yaxınlaşdırmaq. Biz arbitr və ya hakim deyilik. İkincisi və ən əsası budur ki, beynəlxalq icma münaqişədə tərəf tutmamağı seçibdir. Biz sülh yolu ilə nizamlama istəyirik. Təbii, baş verənlərdə azərbaycanlıların humanitar vəziyyətinə acıyırıq. Lakin ABŞ-ın mövqeyi belədir ki, həm Azərbaycan, həm də Ermənistan bizə dost ölkədir. Tərəflərə mübahisəni həll etmək üçün kömək etməyə çalışırıq.

- Sizin təmsil etdiyiniz ölkənin siyasəti bundan ibarətdir ki, o, heç vaxt terrorçularla danışıqlara girmir. Bunu biz Amerikanın tarixi boyu görmüşük, bu gün Yaxın Şərqdə aparılan antiterror müharibəsində də, ABŞ-ın beynəlxalq səhnədəki xarici siyasətində də. Bəs, Azərbaycana gəldikdə, nə üçün oyunun qaydaları dəyişməlidir? Sizə elə gəlmirmi ki, terrorçu dövlətlə sülh danışıqlarına razılaşmaqla Azərbaycan ən böyük güzəştə gedir?

- Mən bunu güzəşt hesab etmirəm. Bu, Prezident Heydər Əliyevin, daha sonra isə Prezident İlham Əliyevin seçdikləri müdrik siyasətdir. Bu siyasət ondan ibarətdir ki, münaqişələrin həlli üçün ən yaxşı yol kömək üçün beynəlxalq icmanı cəlb etmək və sülh yolu ilə nizamlama axtarmaqdır. Qarabağ münaqişəsinin yeganə həlli yolu budur. Onu da deyim ki, mən diplomatiya ilə 30 ildir məşğulam. Sabiq Sovet İttifaqı üzrə böyük təcrübəm var. Xatırlayıram ki, Prezident Reyqan Sovet İttifaqını “şər imperiyası” adlandırdıqdan sonra, Sovet mediasında Amerikaya qarşı hirsli və kəskin təbliğat başlanmışdı. Buna baxmayaraq, hər iki tərəf illər boyu danışıqları davam etdirərək, çox çətin məsələlər - nüvə silahları, Avropada qüvvələrin sayı və s. üzrə böyük nailiyyətlər əldə etdilər. Əgər özlərini bir-birinin sisteminin dağıdılmasına həsr edən ABŞ və SSRİ bunu edə bildilərsə, onda Avrasiyadakı münaqişələrə gəldikdə mən ümidliyəm.

- Danışıqların detallarını açıqlaya bilməzsiniz. Amma deyə bilərsinizmi, bu mərhələdə tərəflər kağız üzərində olan konkret sülh planını müzakirə edirmi?

- Biz tərəflər arasında bir çox kağızlar yaymışıq və onlara həm Ermənistanın, həm də Azərbaycanın münasibətini öyrənmişik. Danışıqlarda bir çox məsələlər müzakirə olunur. Yenə də qeyd edim ki, hər iki tərəfin yüksək danışıqlar qabiliyyəti sayəsində onlar çox yaxınlaşıblar. Amma irəlidə çox çətin məsələlər durur. Ümid edirəm ki, əmələ gələn saziş nəticəsində hər iki tərəf əsaslı şəkildə bəhrələnəcəkdir. Əlbəttə, hər şeyi həll edə bilməyəcəyik. Bəzi məsələlər ətrafında danışıqlar hələ də aparılmalı olacaqdır. Ona görə, həlli mümkün məsələləri yaxın gələcəkdə həll etməliyik. Güzəştlər olmalıdır. Danışıqlar tarixində elə bir hala rast gəlməzsiniz ki, bir tərəfin tələbləri 100 faiz yerinə yetirilsin. Həyat belə qurulmayıbdır. Amma üzümüzə gələn aylar ərzində mümkündür ki, hər iki dövlət sazişdən münaqişədə vəziyyəti dəyişəcək mənfəət götürsün. Məncə, biz elə mərhələdəyik ki, vəziyyəti yaxşıya doğru dəyişmək üçün təkcə nazirlərin yox, həm də xalqların iradəsinə ehtiyacımız var.

- Azərbaycan ictimaiyyətini narahat edən daha bir məsələ işğal edilmiş ərazilərdə qanunsuz erməni əhalisinin yerləşdirilməsidir. ATƏT-in faktaraşdırıcı missiyası bu məsələ ilə tanış olub, hesabat yayıbdır. Hesabatda Azərbaycan tərəfinin narahatçılığı sübuta yetir. İşğal olunmuş ərazilərdə demoqrafik tarazlığın bərqərar olması sülh planının bir hissəsi kimi müzakirə edilirmi. Qanunsuz yerləşdirilən əhali ərazilərdən çıxarılacaqmı?

- Ümumi cavab versəm, bu, danışıqlardan asılıdır. Bir çox məsələlər müzakirə edilir. Mən detalları açıqlaya bilmərəm, çünki bu, danışıqların məxfiliyinə hörmətsizlik olardı. Amma onu deyə bilərəm ki, vacib elementlərdən biri müharibədə ən çox zərər çəkmiş ərazilərin minalardan təmizlənməsi, bərpası, yenidən qurulması və donor konfransının keçirilməsidir.

- ABŞ-dakı erməni diasporu Ermənistana və xüsusilə də Dağlıq Qarabağ məsələsində erməni mövqeyinə böyük təsir edir. İşiniz əsnasında siz onların təmsilçiləri ilə ara-sıra görüşürsünüz. Amerikadakı erməni diasporu danışıqların hazırkı mərhələsi haqda nə düşünür?

- Mənim erməni diasporu ilə təmaslarım hərdən baş verir. Deyə bilərəm ki, onların prosesə böyük marağı var. Diaspor tərəfindən hər hansı təzyiqi hiss etməmişəm. Bu məsələ Ermənistan Respublikasına aiddir. Prezident Koçaryan başda olmaqla Ermənistan Respublikası məsələyə dair siyasəti qurur.

- Söhbətimiz başa çatarkən son fikirləriniz?

- Xarici işlər naziri Məmmədyarov və onun komandası, eləcə də nazir Oskanyan və onun komandası ilə birgə işimizdən peşəkar məmnunluğumu ifadə etmək istəyirəm. Prezidentlərlə yaxından işləmək şərəfdir. Vəziyyətə kənardan baxan adam kimi, mən hər iki komandanın əldə etdiklərinə böyük hörmətlə yanaşıram. Bununla yanaşı, onu da qeyd edim ki, bu il real olaraq hər iki tərəf üçün bəhrə verəcək nəticə əldə edə bilərik. Yenə də deyirəm, kimsə bu mənada 2006-cı ilin əhəmiyyəti ilə razılaşmaya bilər. Amma ideoloji baxımdan yox, faktlara nəzər salıb deyə bilərik ki, irəli getmək vaxtıdır. Hər iki tərəf çox yaxındır. Əgər biz doğrudan da sazişə gələ biləriksə - bilmirəm, bu, baş verəcək, yoxsa yox, hər iki prezidentin irəliyə getmək üçün kifayət qədər iradəsi varmı, yoxsa yox - amma biləriksə, bu, hər iki tərəf üçün böyük mənfəətlə nəticələnəcəkdir. Birləşmiş Ştatlar həmsədr həmkarlarına bu səylərdə qoşulacaq və onları dəstəkləyəcəkdir. Görək üzümüzə gələn həftələr ərzində nəyə nail ola biləcəyik.

- Söhbətinizə görə sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir