Səfir Xalid Usman Qayser: Azərbaycan-Pakistan əməkdaşlığı bütün sahələrdə uğurla inkişaf edir
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Pakistanın ölkəmizdəki səfiri Xalid Usman Qayser ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Elmar Məmmədyarov Azərbaycan və Pakistan arasında münasibətlərin inkişaf dinamikasından məmnunluğunu ifadə edərək bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin daha da dərinləşməsində önəmli rol oynadığını qeyd edib. Nazir, həmçinin Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyinə dəyişməz dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Səfir Xalid Usman Qayser iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini bildirərək siyasi müstəvidə qarşılıqlı dəstəyin münasibətlərin xarakterində vacib amil olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]