ŞƏHİD AİLƏLƏRİNƏ VƏ QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİNƏ BAYRAM SOVQATLARI PAYLANMIŞDIR
Hakimiyyətində Qurban bayramı ərəfəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüş keçirilmişdir.
İcra hakimiyyətinin başçısı Heydər Abbasov iştirakçıları bayram münasibətilə təbrik etmişdir.
Qarabağ Müharibəsi və Şəhid Ailələri İctimai Birliyinin sədri Füzuli Paşayev bu kateqoriyadan olan adamların dövlətin daimi qayğısı ilə əhatələndiyini, 18 nəfər Qarabağ müharibəsi əlilinə pulsuz “OKA” avtomobili verildiyini, 3 nəfər əlilə ev tikildiyini, 24 mənzilli yaşayış binası inşa olunduğunu, 10 nəfərin himayəyə götürüldüyünü vurğulamışdır.
Şəhid valideynlərindən Xeyrulla Əliyev, Xədicə Məmmədova, İslam Ağayev, Möhübbət İsmayılov və başqaları arzu və təkliflərini söyləmiş, ailələrinə göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Sonda 34 şəhid ailəsinə, 131 Qarabağ müharibəsi və 30 Çernobıl əlilinə bayram sovqatları paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [14:45]
“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ
- 08.10.2026 [14:04]
“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat
- 08.10.2026 [12:20]
Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO
- 08.10.2026 [12:05]