Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid Arəstə Baxışovanın məzarı ziyarət olunub

Bakı, 21 oktyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının təşkilatçılığı ilə oktyabrın 21-də 44 günlük Vətən müharibəsində şəhid olmuş Arəstə Baxışovanın anım günü ilə əlaqədar şəhidin məzarı ziyarət olunub. Mərasimdə Arəstə Baxışovanın anası Məktubə Baxışova, YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Milli Məclisin deputatları Afət Həsənova və Kəmaləddin Qafarov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, YAP Mərkəzi Aparatının və YAP Binəqədi rayon təşkilatının nümayəndələri iştirak ediblər.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, anım mərasimində iştirak edənlər şəhidin məzarı üzərinə gül dəstələri düzüblər. Mərasimdə çıxış edən Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, bu gün Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışovanın məzarını anım günü ilə əlaqədar ziyarət etdik: “Şəhidlər xiyabanları bu günlərdə heç vaxt boş olmur. Şəhid yaxınları, vətəndaşlarımız şəhidlərimizin məzarlarını ziyarət edərək onların ruhuna dualar oxuyurlar. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı ordumuzla birlikdə Vətən müharibəsində cəmi 44 gün ərzində böyük bir qəhrəmanlıq salnaməsi yazıb. Torpaqlarımızın azadlığı uğrunda canından keçən igidlərimiz, oğullarımız, qızlarımız öz qanları bahasına bu şərəfli tarixi yazıblar. Allah şəhidlərimizə rəhmət etsin! Onlar əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Vətənin müdafiəsi, üçrəngli bayrağımız, torpaqlarımızın bütövlüyü, azadlıq və istiqlaliyyəti uğrunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar. Birinci və İkinci Qarabağ müharibələrində xalqımızın neçə-neçə vətənpərvər, cəsur, mərd oğulları, qızları Qarabağımızın öz sahiblərinə qovuşması üçün qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucaldılar. İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Zəfərimizdə, 30 il sonra işğaldan azad edilən torpağımızın hər qarışında igidliklə vuruşaraq şəhid olan 3 minə yaxın şəhidimizin qanı, hər birinin fərqli qəhrəmanlıq salnaməsi var. Torpaq uğrunda mübarizədə canını fəda edən, şəhidlik məqamına ucalmaqla ölümsüzləşən 44 günlük Vətən müharibəsinin ilk və yeganə xanım şəhidi hərbi tibb qulluqçusu Arəstə Baxışovadır. Xalqımızın qəhrəman qızı Arəstə Baxışova yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olaraq, əsl hərbçi, əsl şəfqət bacısı, əsl Azərbaycan xanımı kimi şəhadət zirvəsinə yüksəlib”.

Milli Məclisin deputatı Afət Həsənova vurğulayıb ki, bu il 27 sentyabr tarixindən başlayaraq ölkəmizin hər bir bölgəsində şəhidlərimizin anım günləri qeyd olunur: “Bu nə qədər ağır olsa da, bir o qədər qürurvericidir. Bu gün biz 44 günlük Vətən müharibəsində yeganə şəhid xanım olan Arəstə Baxışovanın anım gününə toplaşmışıq. Arəstə xanımın könüllü şəkildə müharibəyə getməsi, orada yaralı əsgərlərimizin yanında olması, onlara yardım əlini uzatması əsl Azərbaycan xanımının simasıdır. Bəli, bizim ana-bacılarımız igidlərimizin yanında Vətənin müdafiəsinə qalxıblar. Mən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şəhidlərimiz öz qanı bahasına əyilən qəddimizi düzəltdilər, qürurumuzu özümüzə qaytardılar. Mən şəhid analarının qarşısında baş əyir, onlara Allahdan səbir diləyirəm”.

Milli Məclisin deputatı Kəmaləddin Qafarov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şücaətindən, xalqımızın həmrəyliyindən bəhs edərkən bildirib ki, Azərbaycan xalqı necə böyük bir xalq olduğunu müharibə dövründə bir daha göstərib: “İgidlərimiz ön cəbhədə düşmənə lazımi cavabı verərkən, arxa cəbhədə də ana-bacılarımız əllərindən gələn köməyi göstərirdilər. Döyüşdə şücaət göstərən oğullarımızın yanında Azərbaycan ana-bacılarının timsalında Arəstə xanım dayanmışdı. Biz hər bir şəhidimizin qarşısında baş əyir, şəhid analarına səbir diləyirik. Allah şəhidlərimizə rəhmət eləsin!”.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirib ki, bu gün Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Arəstə xanımın anım gününə toplaşmışıq: “2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi həkk olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq”.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, Vətən müharibəsində canından keçən hər bir şəhidimizə borcluyuq: “Onlar qanı bahasına Azərbaycan xalqının 30 illik qanayan yarasını sararaq torpaqlarımızı işğaldan azad edirdilər. İşğaldan azad olunmuş Vətən torpağının hər bir qarışında şəhidlərimizin qanı var. Bu gün qeyrətli Azərbaycan xanımı, Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə xanımın anım gününə toplaşmışıq. Allahdan ona rəhmət, şəhidimizin anasına isə səbir diləyirəm. Allah Vətən yolunda canından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin!”.

Sonda isə şəhidin anası Məktubə Baxışova vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunmasında qızının da payı olduğu üçün qürur duyur: “Arəstə cəbhədə əsgərlərimizə ana-bacı olub, onlara kömək edib. Ali Baş Komandanın dəmir iradəsi, ordumuzun şücaəti nəticəsində torpaqlarımız işğaldan azad edilib, düşmənə yeri göstərilib. Arəstə də xidməti vəzifəsini yerinə yetirən zaman şəhidlik zirvəsinə ucalıb. Qızım iki övladını mənə əmanət edib. Mən onun ruhu qarşısında söz verirəm ki, iki övladını Vətənə layiqli övlad kimi yetişdirəcəyəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.

Çıxışlardan sonra məktəblilər şəhidlərimizə həsr olunmuş şeirlər səsləndiriblər.

Sonda isə şəhidin anası Məktubə xanıma Milli Məclisin deputatı Ülviyyə Həmzəyevanın müəllifi olduğu şəhid Arəstə Baxışovanın rəsmini əks etdirən tablo təqdim olunub. Həmçinin Biləcəri qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunan digər şəhidlərin də məzarı ziyarət olunub, ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla yad edilərək ailə üzvlərinə Allahdan səbir dilənilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BVF Venesuelada nümayəndəliyini açmağı nəzərdən keçirir

Tramp Adam Telleni ABŞ Ordusunun müvəqqəti katibi təyin edib

Media: İsrail qüvvələri Livanın cənubunda “Hizbullah”ın istehkamını ələ keçirib

İstanbulda terror aktı planlaşdıran İŞİD üzvü öldürülüb

“Volkswagen” 50 min iş yerini ixtisar etməyə hazırlaşır, 4 zavodun taleyi sual altındadır

“NY Post”: Oman İranın Hörmüz boğazı ilə bağlı ödəniş təklifini rədd edib

İsveçdə seçkilərdə azərbaycanəsilli namizədlərin sayı artıb

Nigeriyada neft oğurluğu cəhdi zamanı 37 nəfər ölüb

Zelenski: ABŞ nümayəndələrinin Kiyevə səfəri yaxın günlərdə reallaşa bilər

İordaniya XİN: ABŞ hərbçilərinin ölkədəki mövcudluğu müdafiə əməkdaşlığı sazişi ilə tənzimlənir

Liviyada yanacaq anbarına PUA ilə hücum edilib

Suriyada kimyəvi silah proqramının komponentlərinin məhv edilməsinə başlanılıb

Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib

Berlin aeroportunda bomba həyəcanı ilə əlaqədar sərnişinlərin bir qismi təxliyə olunub

Tramp Putini G20 sammitinə dəvət edib-etməyəcəyinə hələ qərar verməyib

Raul Kastronun nəvəsi ABŞ-nin sanksiya siyahısına daxil edilib

Vens: İran kommersiya gəmilərinə atəş açmağı dayandırmasa, onlarla danışmayacağıq

Vitse-prezident: ABŞ heç vaxt döyüşdə mülki şəxsləri hədəf almır

Vens: ABŞ faktiki olaraq 65 milyard barel neft ehtiyatı yaradır

Mahir Emreli Polşa klubunda vurduğu qolların sayını 6-ya çatdırıb

Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır - ŞƏRH

ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb

BTA-nın baş direktoru Kiril Valçev Bolqarıstanda vitse-prezidentliyə namizəd olub

“Sabah”ın rəqibi aparıcı futbolçusunu Səudiyyə Ərəbistanı klubuna satıb

“Zirə” braziliyalı futbolçu ilə müqavilə imzalayıb

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT

Dövlət Departamenti: İsrailin livanlı məhbusları azad etməsi ABŞ-nin vasitəçiliyinin nəticəsidir

Bu saata olan əsas xəbərlər  

Azərbaycan Ankarada beynəlxalq moda sərgisində təmsil olunur

ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də dəstək verəcək

Naxçıvanda toxum tədarükünə başlanılıb

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb - YENİLƏNİB

Almaniyada benzinin qiyməti tarixi maksimuma çatıb

Bu il Almaniyada 165 təxribat xarakterli hadisə qeydə alınıb

Mədəniyyət Nazirliyi bp şirkəti ilə əməkdaşlığı genişləndirir

Rövşən Məmmədli: Bədii filmlərlə yanaşı, cizgi filmlərində də uşaq səslərindən istifadə olunur

YUĞ Teatrı yeni mövsümlə bağlı planlarını təqdim edib

Milli Məclisin sədri: Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir

Elçin Şamilli: Əli Seyran İmanzadənin yaradıcılığı azərbaycanlı rəssamların beynəlxalq arenada təmsil olunmasına nümunədir

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib

Vüsal Murtuzəliyev: “Məhmət Fəthlər Sultanı” serialında səsləndirdiyim Konstantin çox emosional rol idi

ATƏT PA-nın prezidenti Milli Məclisdə olub

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb VİDEO

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb VİDEO

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb VİDEO

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb VİDEO

Türkiyədə meyvə şirələrində şəkərəvəzləyicilərdən istifadəyə tam qadağa qoyulur

ŞƏT sammiti Azərbaycanın beynəlxalq hüquqa və milli maraqlara söykənən xarici siyasətinin növbəti təzahürüdür - RƏY

Sabunçu rayonunda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanılıb VİDEO

Sabunçu rayonunda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanılıb VİDEO

Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutacaq

“Zirə” afrikalı futbolçu transfer edib

Ekspert: Azərbaycan Avrasiyanın strateji bağlantı halqasına çevrilir

“Mançester Yunayted”in yeni transferi “Sabah”la oyunu buraxacaq

Mentorluq proqramının səmərəli həyata keçirilməsi üçün Mərkəzi Bank zəruri dəstək göstərəcək

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat sentyabrın 8-dən başlayacaq

Rafiq Əzimov: Yaşar Nuri Azərbaycan teatr və kino sənətində silinməz iz qoyub

2050-ci ilədək məlumat mərkəzlərinə investisiyalar 31,6 trilyon dollara çatacaq

Ofeliya Novruzqızı: Elə olur ki, hətta bir saat ərzində bir obrazı səsləndirirəm

Məktəbə ilk addımlar: Şagirdlərdə stresin qarşısını necə almaq olar?

Aymen Cəmil: Pakistanın ŞƏT-ə sədrliyi təşkilatın bütün üzvləri və tərəfdaşları üçün geniş imkanlar açacaq

“Sizin sayənizdə” – 46 illik həkim ömrünün ən böyük mükafatı VİDEO

“Sizin sayənizdə” – 46 illik həkim ömrünün ən böyük mükafatı VİDEO

Bakıda “IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

Azərbaycanın U-21 millisinin seçmə mərhələdəki 3 oyununun təqvimi açıqlanıb

Humanitar minatəmizləmə fəaliyyətində milli təcrübələr və öyrənilmiş dərslər - Ölkə nümunələri üzrə təqdimatlar olub

Yaşar Nurinin məzarı ziyarət olunub

Fransızlar ölkənin maliyyə vəziyyətindən getdikcə daha çox narahatdırlar

Kolleclərdə xüsusi qabiliyyət tələb edən ixtisasların statistikası açıqlanıb

Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır

Ağcabədidə pendir istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub

Auditorlar Palatasının jurnalistlər arasında keçirdiyi fərdi yazı müsabiqəsinin qalibləri açıqlanıb

“Güclü ümid - Sağlam gələcək” - Qan xərçəngi olan şəxslərə necə dəstək göstərilməlidir?

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 390 nəfər qəbul olub

Azərbaycanın iki cüdoçusu Avropa çempionatının finalında

AFFA Premyer Liqanın 4 klubunu cərimələyib

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Bankların sistem əhəmiyyətliliyinin qiymətləndirilməsi və kapital adekvatlığı qaydaları dəyişib

Şamaxıda vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətləri dinlənilib

Hazırkı dövr əmlak bazarında alıcılar üçün kifayət qədər əlverişlidir - AÇIQLAMA

Professor: ŞƏT-in potensialı Avrasiyanın mərkəzi ilə Asiyanın periferiyasını birləşdirməkdən ibarətdir

Azərbaycanın 6 basketbolçusu karyerasını ABŞ-də davam etdirəcək

Avropada quraşdırılmış külək enerjisi gücü 311 giqavatı ötüb

Tramp Folklend məsələsində Britaniyaya dəstək verməyəcəyinə işarə edib

İctimai Şura üzvləri ilə dövlət borcunun idarə edilməsi istiqamətində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb

Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır

® Peşəkar, təcrübəli və məsuliyyətli həkim

“Neftçi”nin sabiq futbolçusu Kipr klubuna keçib

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı yeni geoiqtisadi imkanlar yaradır  ŞƏRH  VİDEO

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı yeni geoiqtisadi imkanlar yaradır ŞƏRH VİDEO

Nəsillər: X-dən Alfaya-dək

Almaniya iqtisadiyyatında canlanma ümidləri artır

Valideyn-dövlət-özəl əməkdaşlığı çərçivəsində 124 özəl bağça müsabiqənin qalibi olub

Səfir: Azərbaycanla ticarət həcminin artırılması Pakistanın əsas prioritetlərindəndir

Dövlət investisiyalarının iqtisadi artıma təsiri daha çox hansı sahələrdə hiss olunur? VİDEO

Dövlət investisiyalarının iqtisadi artıma təsiri daha çox hansı sahələrdə hiss olunur? VİDEO

Tibb işçilərinin əməkhaqlarının artırılması əhalinin sağlamlığının təmin olunmasına qoyulan mühüm sərmayədir – ŞƏRH

® Mərkəzi Gömrük Hospitalı Onlayn Şəxsi Kabinet xidmətini təqdim edir

Məktəb direktoru: Uşaqları keçmişin peşələrinə deyil, gələcəyin imkanlarına hazırlamalıyıq

BMT-nin nümayəndəsi: Mina təhlükəsinin aradan qaldırılması üçün peşəkar kadrlara da ehtiyac var VİDEO

BMT-nin nümayəndəsi: Mina təhlükəsinin aradan qaldırılması üçün peşəkar kadrlara da ehtiyac var VİDEO

Liviyalı nümayəndə: Azərbaycanın təcrübəsini öyrənmək üçün gəlmişik VİDEO

Liviyalı nümayəndə: Azərbaycanın təcrübəsini öyrənmək üçün gəlmişik VİDEO

Azərbaycan və Qazaxıstanın kimya institutları elmi əməkdaşlığı genişləndirir

Türk nümayəndə: Humanitar minatəmizləmənin gələcəyi insanın maşınla əvəz olunmasında deyil VİDEO

Türk nümayəndə: Humanitar minatəmizləmənin gələcəyi insanın maşınla əvəz olunmasında deyil VİDEO

Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb