ŞƏHİDLƏR XİYABANI AND YERİMİZDİR
Bakı, 21 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin iyirminci ildönümü ilə bağlı “Gənclərin Töhfəsi” İctimai Birliyi “20 Yanvar xalqımızın qan yaddaşıdır” adlı “dəyirmi masa” keçirmişdir.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Birliyin sədri Asim Vəliyev faciənin dəhşətləri barədə danışmış, ermənilərin azərbaycanlılara bəslədikləri tarixi düşmənçiliyi faktlarla əsaslandırmışdır. O, 20 Yanvar şəhidlərinin xatirəsinin yaddaşlarda əbədi yaşayacağını vurğulamışdır.
Digər natiqlər də iyirmi il əvvəl baş vermiş hadisələrin mahiyyətindən söz açmış, bu hadisələrə siyasi-hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin müstəsna rolunu vurğulamışlar. İgid övladlarımızın qisaslarının alınmasının, 20 Yanvar faciəsinə beynəlxalq miqyasda hüquqi qiymət verilməsinin, cinayətkarların cəzalandırılmasının zəruriliyi bildirilmiş, Şəhidlər Xiyabanının bütün xalqımız üçün müqəddəs and yeri olduğu qeyd edilmişdir.
Tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət etmişlər.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]

