Şəki 3 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri beynəlxalq müsabiqədə növbəti uğur qazanıblar
Şəki, 4 mart, Mustafa Dadaşov, AZƏRTAC
Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri Rusiyanın Kazan şəhərində keçirilən xalq çalğı alətləri ifaçılarının “Solo-folk” Beynəlxalq onlayn müsabiqəsində uğurla çıxış edərək, müsabiqənin diplomantı və laureatı adını qazanıblar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Bildirilib ki, onlayn formada keçirilən beynəlxalq müsabiqənin yekun nəticələrinə əsasən, musiqi məktəbinin qarmon ixtisası üzrə şagirdləri Nicat Nuhov və Röyal Şıxəliyev müsabiqənin 1-ci dərəcəli diplomantı, Elnur Çərkəzov isə 3-cü dərəcəli laureatı adlarına layiq görülüblər.
Şagirdləri müsabiqəyə hazırlayan ixtisas müəllimləri Elbrus Mustafayev və Toğrul Nəsibli təşəkkürnamələr, konsertmeysterlər Ceyran Məmmədova və Elşən Qaffarov isə “Ən yaxşı konsertmeyster” diplomları ilə mükafatlandırılıblar.