Şəki şəhər Heydər Əliyev Mərkəzinin kollektivi ahıl vətəndaşa ərzaq yardımı göstərib
Şəki, 2 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən ölkədə elan olunan xüsusi karantin rejimi koronavirus (COVID-19) infeksiyasına yoluxma riski yüksək olan, yaşı 65-i ötmüş vətəndaşların evdən bayıra çıxmalarının qadağan olunmasını da nəzərdə tutur. Həmin vətəndaşların xüsusi karantin rejimi dövründə evdə qalmaları onların bu pandemiyadan qorunması üçün vacibdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu nəzərə alan Şəki şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları #ahıllaradəstəkolaq” təşəbbüsünə qoşularaq, Şəki şəhərində yaşayan 84 yaşlı Əfsan Bəkirovaya baş çəkib, ona kollektiv adından yardım olaraq ərzaq və tibbi ləvazimatlar çatdırıblar.
Könüllülər tərəfindən bu xidmətlər yaşlı şəxslə təmas olmadan, müəyyən məsafə saxlanılmaqla həyata keçirilib.