Şəkidə ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şəki şəhərinin S. Rəhman küçəsində fərdi sahibkar Fərahim Yavər oğlu Abdulkərimova məxsus “Şəki” kafesində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib, nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.02.2026 [12:09]
Ədliyyə Nazirliyi ötən il mindən çox normativ-hüquqi akt layihəsi hazırlayıb
- 12.02.2026 [11:40]
® “Trendyolmilla” ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası
- 12.02.2026 [11:14]
DSMF-nin xərcləri ötən ay 626 milyon manat təşkil edib
- 12.02.2026 [11:04]