Şəkidə narkotik vasitə əkib-becərən şəxs saxlanılıb
Bakı, 22 iyun, AZƏRTAC
Narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Şəki rayon sakini Alı Həsənov Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, A.Həsənovun yaşadığı ünvana baxış keçirilən zaman ümumi çəkisi 6 kiloqrama yaxın, hündürlükləri 90 santimetrdən 238 santimetrədək olan 21 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.