ŞƏKİDƏ ŞAHMAT ÜZRƏ ÖLKƏ ÇEMPİONATININ SEÇMƏ YARIŞLARI KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, Şəki şəhərində kişilər və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının seçmə yarışları keçirilir. On gün davam edəcək yarışlarda respublikamızın 15 şəhər və rayonunu təmsil edən 50 nəfər şahmatçı mübarizə aparır.
Avqustun 12-də Şəki Sənətkarlar Assosiasoyasının binasında yarışların təntənəli açılış mərasimi olmuşdur.
Mərasimdə çıxış edənlər son illər Azərbaycanda digər sahələrlə yanaşı, idmanın inkişafına da ölkəmizin rəhbərliyi tərəfindən yüksək diqqət və qayğı göstərildiyini xüsusi qeyd etmiş, bölgələrdə belə yarışların keçirilməsinin idmanın təbliği və inkişafı baxımından böyük əhəmiyyət daşıdığını bildirmişlər.
Avqustun 21-dək davam edəcək seçmə yarışların yekunlarına görə müxtəlif yaş qrupları üzrə qalib gəlmiş 5 kişi və 2 qadın şahmatçı respublika çempionatının final mərhələsinə qatılmaq hüququ əldə edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]