ŞƏKİDƏ ZƏLZƏLƏ
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Şəki şəhəri ərazisində dalbadal üç dəfə zəlzələ baş vermişdir. İlk yeraltı təkan fevralın 8-də saat 14.10 radələrində Şəki şəhərindən 10 kilometr şimal-şərqdə Rixter cədvəli üzrə 3,5 bal gücündə hiss edilmişdir. İkinci yeraltı təkan saat 16.54 radələrində 4 bal gücündə olmuşdur.
Fevralın 9-da gecə saat 01.44-də şəkililələr daha bir güclü yeraltı təkan hiss etmişlər. Bu dəfə zəlzələnin gücü 4 bal olmuşdur.
Tələfat və tikililərdə dağıntı yoxdur.