Sel sularının təsərrüfata ziyan vurmadan Bolqarçaydan ötürülməsi üçün lazımi tədbirlər görülüb
Biləsuvar, 31 may, AZƏRTAC
Sel sularının gəlişi ilə bağlı operativ işçi qərargahı yaradılıb. Aidiyyəti qurumlarla birgə sel sularının hər hansı bir təsərrüfata ziyan vurmadan Bolqarçaydan ötürülməsi üçün bütün lazımi tədbirlər görülüb.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev bildirib.
Z.Quliyev deyib: “Təbii ki, İran ərazisindən ölkəmizə daxil olan sel sularının həcmi çox olduğundan, sel sularının Bolqarçaydan tənzimlənməsi həyata keçirilir. Sevindirici haldır ki, sel suları tam şəkildə nəzarətdə saxlanıldı”.