SƏLİM MÜSLÜMOV AHİK-İN YUBİLEY MEDALI İLƏ TƏLTİF EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov sosial problemlərin həllində xidmətlərinə görə “Azərbaycan Həmkarlar İttifaqlarının yaradılmasının 100 illiyi ilə əlaqədar yübiley medalı” ilə təltif olunmuşdur. Medalı fondun ötən ilin yekunlarına həsr edilmiş kollegiya iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev təqdim edilmişdir.