SƏMƏD VURĞUNUN 100 İLLİYİ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
Sarayın direktoru Məmməd Rzayev tədbirdə çıxış edərək, ədəbiyyatımızın inkişafında və poeziyamızın zənginləşməsində, Azərbaycan dilinin saflığının qorunmasında Səməd Vurğunun böyük xidmətlərindən danışmışdır.
Sarayın nəzdindəki kitabxananın direktoru Solmaz Əsgərova XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq simalarından biri olan böyük şairin yaradıcılığı barədə ətraflı məlumat vermişdir.
Tədbirdə məktəblilər Səməd Vurğunun şeirlərindən parçalar söyləmişlər.