Səməd Vurğunun ev-muzeyində Xalq şairinin 120 illik yubileyi qeyd edilib
Bakı, 7 may, AZƏRTAC
Səməd Vurğunun ev-muzeyində Xalq şairinin 120 illik yubileyinə həsr olunmuş Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin “Konsertmeyster ustalığı” sinfi üzrə müəllim və şagirdlərin konserti keçirilib.
Ev-muzeyindən AZƏRTAC-a bildirilib ki, konsertdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin “Konsertmeyster ustalığı” sinfinin müdiri, Əməkdar müəllim Ülviyyə Manafovanın şagirdlərinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Həmçinin tədbirdə Xalq artisti Gülnaz İsmayılovanın, Əməkdar artist Nərgiz Kərimovanın və beynəlxalq müsabiqələr laureatı, violin ifaçısı Ümidə Abasovanın ifaları dinlənilib.