Şəmkir rayonunda fermadan sənədsiz ov tüfəngi, giliz və patronlar aşkar edilərək götürülüb
Bakı, 8 fevral, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Zəyəm-Cırdaxan kəndi ərazisində kənd sakini M.Zeynalova məxsus fermadan müvafiq sənədləri olmayan “İJ-43” markalı ov tüfəngi, 10 giliz və 5 patron aşkarlanıb.
Faktla bağlı təhqiqat davam edir.