Seneqalda 300-dən çox müxalifət fəalı həbsdən buraxılıb
Bakı, 21 fevral, AZƏRTAC
Seneqal hakimiyyəti son altı gün ərzində müxalifət partiyalarının və icma qruplarının 344 fəal üzvünü həbsdən azad edib.
AZƏRTAC xəbər verir ki, Senego portalı bu barədə Seneqalın ədliyyə naziri Aysata Tal Sala istinadla məlumat yayıb. Nazir yaxın günlərdə daha 272 nəfərin azadlığa buraxıla biləcəyini deyib. Lakin Seneqal müxalifətinin lideri Osman Sonkonun azad edilib-edilməyəcəyi hələlik bəlli deyil.
Məhbusların həbsxanadan buraxılması prosesi fevralın 16-dan - Seneqal Konstitusiya Məhkəməsi parlamentin prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə təxirə salınması barədə qərarını ləğv etdikdən bir gün sonra başlayıb. Konstitusiya Məhkəməsi dövlət başçısının və parlamentin qərarlarını qanunsuz elan edərək, seçkilərin tezliklə keçirilməsini istəyib.
Konstitusiya Məhkəməsinin qərarı ilə razılaşan dövlət başçısı hazırda yeni seçki tarixini təyin etmək üçün danışıqlar aparır. Müxalifət isə öz növbəsində seçkilərin ən geci aprelin 2-dək baş tutmasını tələb edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]