Seneqalda prezident seçkiləri martın 24-nə təyin olunub
Bakı, 7 mart, AZƏRTAC
Seneqal hökuməti Ali məhkəmənin səsvermənin aprelin 2-dən sonra keçirilməsi təklifinin konstitusiyaya zidd olduğuna dair qərarından sonra təxirə salınan prezident seçkilərinin martın 24-də keçiriləcəyini açıqlayıb.
AZƏRTAC Africa news saytına istinadla xəbər verir ki, Seneqalın hazırkı prezidenti Maki Sallın mandatı aprelin 2-də başa çatır.
Əvvəlcə fevralın 25-nə planlaşdırılan seçkilərin təxirə salınması ölkə daxilində kəskin mübahisələr doğurub və müxalifət Prezident Sallı dövlət çevrilişinə cəhddə ittiham edib. Dövlət başçısının seçkilərin dekabrda keçirilməsi barədə təklifi Qərbi Afrikanın ən demokratik ölkəsi kimi tanınan Seneqalın reputasiyasını sarsıdan etirazlara səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]