Sentyabrda Azərbaycan 1,8 milyard dollarlıq ticarət əməliyyatları aparıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Sentyabrda Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 1 milyard 832,6 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ticarət əməliyyatlarının ümumi dəyərinin 1 milyard 133 milyon dolları idxalın, 699,7 milyon dolları isə ixracın payına düşüb.