SEPAH Hörmüz boğazından keçməyə çalışan neft tankerlərini dayandırıb
Qahirə, 21 iyul, AZƏRTAC
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından icazəsiz keçməyə cəhd edən iki neft tankerini dayandırdığını açıqlayıb.
AZƏRTAC “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, SEPAH-ın bu gün yaydığı bəyanata görə, gəmilər xəbərdarlıqlara məhəl qoymadan boğazı təhlükəli olan cənub hissəsindən keçməyə cəhd edib. Açıqlamaya görə, gəmilərdə baş verən partlayış böyük yanğına səbəb olub.
SEPAH əlavə edib ki, Hörmüz boğazı ABŞ-nin regiondakı əməliyyatları davam etdiyi təqdirdə bağlı qalacaq.
Eyni zamanda, Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi bildirib ki, bu gün Hörmüz boğazında bir neft tankeri naməlum cisimlə hədəfə alınıb. Nəticədə ekipaj gəmini tərk edərək ehtiyat xilas qayığı ilə təxliyə olunublar.
Britaniya İdarəsinin bəyanatında, həmçinin bildirilib ki, gün ərzində digər gəminin də naməlum mərmi ilə hədəf alınması xəbərini alıblar. Hadisə Omanın Lima şəhərinin şərqindən 8 dəniz mili məsafədə baş verib. Gəmi heyətinin təxliyə olunduğu bildirilir. Hadisənin ekoloji təsirlərinin olub olmaması barədə məlumat verilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]