Sərbəst güləşçilərimiz Dağıstanda bir dəst medal qazanıblar
Bakı, 4 may, AZƏRTAC
Dağıstanın Kaspiysk şəhərində Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə turnir başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günündə daha iki güləşçimiz fəxri kürsüyə qalxıb. Finaladək Xox Xuqayev (Rusiya), Ömərhacı Məhəmmədov (Belarus), Tajudin Muxtarov (Rusiya) və Batırbek Tsakulova (Rusiya) qalib gələn Şərif Şərifov (92 kq) son görüşdə də sevinən tərəf olub. Həlledici qarşılaşmada Rusiyanın daha bir təmsilçisi Əlixan Cəbrayılovu 7:4 hesabı ilə məğlub edən dünya, Olimpiya və Avropa çempionumuz Dağıstanda himnimizi səsləndirib.
Gitinoməhəmməd Hacıyev (70 kq) də finaladək irəliləyib. O, növbə ilə Anzor Zakuev, Ruslan Boqatıryov və Ramazan Ramazanovu (hamısı Rusiya) üstələyib. Son görüşdə yerli idmançı Razambek Camalova uduzan G.Hacıyev gümüş medalı boynundan asıb.
Xatırladaq ki, yarışın ilk günündə Nurməhəmməd Hacıyev bürünc medal qazanıb. Beləliklə, yığmamız Memorialdan bir dəst medalla ayrılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [23:19]
Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
- 13.10.2026 [22:52]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]