Sərbəst güləşçilərimiz Əli Əliyevin xatirə turnirinə yollanır
Bakı, 18 may (AZƏRTAC). Mayın 20-dən 22-dək Mahaçqalada Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcəkdir. Turnirdə Azərbaycanın sərbəst güləş yığması da mübarizə aparacaqdır.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, yığma komandanın baş məşqçisi Saypulla Absaidov və gənclərdən ibarət komandanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında turnirdə Yaşar Əliyev, Nicat Muradov, Qalib Əliyev (hər üçü - 55 kq), Hacı Əliyev, Xaybulla Şaalov, Ağahüseyn Mustafayev, Azad İsmayılov (hamısı - 60 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov, Hacı Əlicanov, Sübhan İsmayılov (hər üçü 84 kq), Əli İsayev, Valera Rodriqes (hər ikisi - 120 kq) iştirak edəcəklər.
Görüşlərin idarə edilməsində ölkəmizi beş beynəlxalq dərəcəli hakim - Elman İsmayılov, Vaqif Zeynallı, İntiqam Alıyev, Asif Şirəliyev və Xanmirzə Məlikəliyev təmsil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:51]
Futbol üzrə Azərbaycan Kubokunda 34 komanda mübarizə aparacaq
- 09.09.2026 [17:57]
Fransa Futbol Federasiyası İnfantinonu dəstəkləməkdən imtina edib
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]