Serbiya və Kosovo liderləri sentyabrın 14-də Brüsseldə görüşəcəklər
Belqrad, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də Brüsseldə Serbiya Prezidenti Aleksandar Vuçiç və Kosovonun Baş naziri Albin Kurti arasında görüş keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin ofisi məlumat yayıb. Bildirilir ki, görüş Aİ-nin Belqrad-Priştina dialoqu çərçivəsində baş tutacaq. Cozef Borel, həmçinin Aleksandar Vuçiç, Albin Kurti və Avropa İttifaqının Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak ilə təkbətək görüşlər keçirəcək.
Qeyd edək ki, Serbiya və Kosovo liderləri sonuncu dəfə Kosovonun şimalında artan gərginliyə görə Aİ-nin dəvəti ilə iyunun 22-də Brüsseldə görüşüblər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]