Serbiyanın xəbər agentliyi azərbaycanlı jurnalistlərin həlak olması barədə məlumat yayıb
Bakı, 6 iyun, AZƏRTAC
Serbiyanın rəsmi xəbər agentliyi Tanjug azərbaycanlı jurnalistlərin həlak olması barədə məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, məlumatda Azərbaycanın Kəlbəcər rayonunda mülki vətəndaşların olduğu avtomobilin erməni hərbçiləri tərəfindən basdırılmış tank əleyhinə minaya düşməsi nəticəsində baş verən faciədən bəhs olunur. Yazıda qeyd olunur ki, çoxsaylı müraciətlərə baxmayaraq, Ermənistan Azərbaycana minalanmış ərazilərin xəritələrini təqdim etmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.08.2026 [12:15]
Böyük Britaniya səfiri: Azərbaycanı regionda təbii mərkəz kimi görürük
- 21.08.2026 [11:42]