Serblər Kosovonun dinarla bağlı qərarına etiraz ediblər
Belqrad, 12 fevral, AZƏRTAC
Kosovonun şimalındakı bələdiyyələrdə yaşayan serblər ölkədə avrodan istifadəyə başlanması və serb dinarından müvəqqəti istifadəyə icazə verilməsinə etiraz olaraq aksiya keçiriblər.
AZƏRTAC xəbər verir ki, Şimali Mitrovitsada baş tutan aksiyada nümayişçilər Kosovo hökumətinin serblərin avrodan istifadəyə başlaması üçün qeyri-müəyyən keçid dövrü təklifinə etiraz ediblər. Serblər avronun Kosovoda nağd ödənişlər üçün yeganə valyuta kimi istifadəsini etirazla qarşılayıb, qərarı ədalətsiz adlandırıblar.
Kosovo polisi aksiyanın dinc şəkildə başa çatdığını bildirib.
Xatırladaq ki, fevralın 1-dən etibarən Kosovoda nağd ödəniş zamanı yalnız avrodan istifadəyə icazə verilib. Kosovo hökuməti beynəlxalq təzyiqlər fonunda serb dinarını qadağan etmək barədə qərarının icrasını təxirə salıb və yerli serblər üçün keçid dövrü elan edib. Keçid dövründə serb dinarından istifadə edənlərin cəzalandırılmayacağı və Serbiyadan maliyyə vəsaiti axınına qadağa qoyulmayacağı açıqlanıb.
Serbiya Prezidenti Aleksandar Vuçiç isə Belqradın Kosovo serblərinə dinarla ödənişləri davam etdirəcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]