Sergey Lavrov Polad Bülbüloğlunu təbrik edib
Moskva, 22 noyabr, AZƏRTAC
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHAF) İdarə heyətinin iclasında yekdilliklə 2010-cu ildən tutduğu DHAF İdarə heyətinin sədri vəzifəsinə yenidən seçilib.
Bununla əlaqədar, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Polad Bülbüloğluya təbrik məktubu göndərib. S.Lavrov məktubda əmin olduğunu bildirib ki, Polad Bülbüloğlunun rəhbərliyi ilə DHAF MDB çərçivəsində ümumi humanitar məkanın və mədəniyyətlərarası dialoqun inkişafına yönələn mühüm və iri mədəni layihələrin həyata keçirilməsini davam etdirəcək.
Fəridə Abdullayeva
AZƏRTAC -ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]