Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sergey Markedonovun politcom.ru saytında dərc edilmiş məqaləsi barədə

Bakı, 13 aprel (AZƏRTAC). Rusiyalı məşhur ekspert Sergey Markedonov özünün “Dialoqa dəvət” adlı məqaləsində (http://politcom.ru/11763.html) Avropa Parlamenti tərəfindən bu il aprelin 7-də qəbul edilmiş “Avropa qonşuluğu siyasəti Şərqin gözü ilə” qətnaməsini təhlil edir. Bu məqalədə faktoloji baxımdan bəzi xətalar vardır. Məsələn, müəllif yazır: “Qətnamənin 48-ci maddəsi de-fakto qurumların hakimiyyəti ilə məsləhətləşmələrin faydalı olmasına dəlalət edir”. Görünür, Markedonov qətnamənin layihəsini həmin sənədin Avropa parlamenti deputatları tərəfindən səs çoxluğu ilə qəbul edilmiş son mətni ilə dolaşıq salmışdır. Qətnamə layihəsinin (http://www.europarl.europa.eu/sides/getDoc.do?pubRef=-//EP//NONSGML+MOTION+B7-2011-0198+0+DOC+PDF+V0//EN&language=EN) 48-ci maddəsi həqiqətən separatçı (breakaway) ərazilərin de-fakto hakimiyyət orqanları ilə əlaqə yaratmağa çağırır. Bu halda Markedonov “de-fakto” və “hakimiyyət orqanları” sözlərinin yerini dəyişdirir, bununla da, “de-fakto” sözü “hakimiyyət orqanları” əvəzinə “qurumlara” aid olur (yeri gəlmişkən, layihənin mətnində “qurumlar”dan deyil, “separatçı ərazilər”dən bəhs edilir). Bunlar isə heç də eyni şeylər deyildir. Avropa Parlamenti “faktiki” dedikdə ərazilərin özlərini deyil (aydındır ki, ərazilər faktiki olaraq Yerin səthində mövcud olur), onların hakimiyyət orqanlarını nəzərdə tutur və onları “seçilmiş” adlandırmaqdan vaz keçir.

İkincisi, qətnamənin layihəsində separatçı qurumların faktiki hakimiyyət orqanları ilə əlaqələr yaratmağa çağırış bu sənədin son mətninə daxil edilməmişdir. Avropa parlamentinin deputatları həmin müddəanı rədd etmiş, ifadə isə səs çoxluğu ilə qəbul edilmiş qətnamənin son mətnindən çıxarılmışdır. Qəbul edilmiş qətnamənin mətni Avropa parlamentinin saytında yerləşdirilmişdir:

http://www.europarl.europa.eu/sides/getDoc.do?type=TA&reference=P7-TA-2011-0153&language=EN 

Bu istinaddan göründüyü kimi, Avropa strukturlarının bilavasitə separatçı ərazilərə cəlb edilməsi məsələsi ayrıca bir maddə kimi fərqləndirilmiş və 48-ci maddədən 49-cu maddəyə köçürülmüşdür. Təəssüf ki, Markedonov bunu görməmişdir. Qəbul edilmiş qətnamədə “faktiki hakimiyyət” ifadəsi yoxdur, yalnız onların cəmiyyətlərindən söhbət gedir. Əslində bu, düzdür, çünki həmin ərazilərdə məskunlaşan insanlar motropoliyaların vətəndaşları olaraq qalırlar və həm öz regionunun, həm də bütün dövlətin işlərində iştirak etməlidirlər. Bu halda Avropa Parlamenti özünün tanımamaq siyasətini təsdiqləmişdir, bu da az əhəmiyyətli məsələ deyildir.

Üçüncüsü, Markedonov yazır ki, ərazilər “işğal edilmiş” adlanmamışdır. Buna əsasən o, nəticə çıxarır ki, Avropa parlamenti həmin ərazilərin siyasi subyekt olmasını tanıyır. Biz bu cəsarətli fikirlə razılaşmamağı özümüzə rəva görürük. Xatırladaq ki, Avropa Parlamenti artıq bir dəfə, daha dəqiq desək, 20 may 2010-cu il tarixli “Avropa İttifaqının Cənubu Qafqazda strategiyasına dair tələb” adlı Qətnaməsində (http://www.europarl.europa.eu/sides/getDoc.do?pubRef=-//EP//TEXT+TA+P7-TA-2010-0193+0+DOC+XML+V0//EN&language=EN).həmin əraziləri “Azərbaycanın işğal edilmiş əraziləri” adlandırmışdır.

Dördüncüsü, Markedonov yazır: “Lakin Avropa siyasətçiləri 2008-ci ilə qədər də de-fakto qurumlarla, o cümlədən Dağlıq Qarabağla öz “engagement”lərini həyata keçirirdilər. Məgər məşhur isveçli diplomat Piter Semnebi Aİ-nin Cənubi Qafqaz üzrə nümayəndəsi deyildimi və o, bütün münaqişə nöqtələrində olmamışdımı? Yeri gəlmişkən, “tanınmamış əməkdaşlıq” formulunu qəbul etdirməyə çalışanlar arasında məhz o da vardı. Məgər fransız diplomatlar ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağa getməmişdilər?”

Müəllif burada bir mühüm detalı nəzərə almır. Semnebi və ATƏT-in Minsk qrupunun həmsədrləri də daxil olmaqla bütün bu diplomatlar Dağlıq Qarabağa münaqişənin hansısa “vahid və bölünməz” “üçüncü” tərəfi kimi “Qarabağ” ilə görüşmək üçün deyil, münaqişənin iki “maraqlı” tərəfindən biri - Dağlıq Qarabağın erməni icması (DQEİ) ilə görüşmək üçün getmişdilər. Bakıda isə onlar, bir qayda olaraq hər dəfə Azərbaycanın - münaqişənin (Ermənistanla yanaşı) iki “əsas” tərəfindən birinin hakimiyyət orqanları ilə, eləcə də ikinci “maraqlı” tərəfin - Dağlıq Qarabağın azərbaycanlılar icmasının (DQAİ) rəhbərləri ilə görüşürdülər. Nədənsə rusiyalı ekspertlər (aydın məsələdir ki, erməni ekspertlərlə bərabər) bu mühüm detalı görməməyi üstün tuturlar. Halbuki həm danışıqlar prosesinin, həm də onunla əlaqədar hadisələrin əsasını hələ 1992-ci ildə ABŞ-ın o vaxtkı, sayca 61-ci dövlət katibi Ceyms Beykerin təşəbbüsü ilə ATƏT-in Minsk qrupunun təməlinə qoyulmuş “Beyker qaydaları” təşkil edir. “Beyker qaydaları”na görə Ermənistan və Azərbaycan “münaqişənin əsas tərəfləri” (principal parties), Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları isə “maraqlı tərəflər” (interested parties) kimi təyin edilmişdir (bax: John J. Maresca; Reisman (1998). Resolving the Conflict Over Nagorno-Karabakh: Lost Opportunities for International Conflict Resolution. Washington, D.C.: United States Institute of Peace Press.).

Təklif edilmiş qaydalar Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri tərəfindən qəbul edilmiş və bundan sonra ATƏM-in (sonralar ATƏT) Minsk qrupunun himayəsi altında keçirilən danışıqlar prosesinin əsasını təşkil etmişdir (həmçinin bax: http://er.ru/about/text.shtml?14/4223,110989, http://www.rferl.org/content/Karabakh_Peace_Process_Must_Be_Fully_Inclusive_/1812056.html).

Həqiqətən, danışıqlar prosesinin ilk illərində keçirilən görüşlərdə 4 tərəfin hamısı (2+2) iştirak edirdi. Ermənistan Prezidenti Levon Ter-Petrosyan Robert Koçaryanı, Azərbaycan Prezidenti Heydər Əliyev isə Nizami Bəhmənovu özü ilə götürürdü. Ermənistanda 1998-ci il çevrilişindən sonra hakimiyyətə gəlmiş Robert Koçaryan özü iki “maraqlı tərəf”dən birini, məhz DQEİ-ni bu prosesdən kənarlaşdırmış və elan etmişdir ki, bundan sonra həmin icmanın mənafelərini özü təmsil edəcəkdir. Təbii ki, bu cür gözlənilməz gedişdən sonra Nizami Bəhmənovun da səfərlərdə iştirak etməsinə ehtiyac qalmamışdır. Tərəflər şərtləşmişlər (həmsədrlər isə razılaşmışlar) ki, indi danışıqlar Ermənistanın və Azərbaycanın dövlət başçıları arasında aparılacaqdır. Lakin həmsədrlər hətta bundan sonra da regiona səfərləri zamanı həm Xankəndində DQEİ liderləri ilə, həm də Bakıda DQAİ rəhbərləri ilə görüşməkdə davam edirdilər (bəzən vaxta qənaət etmək məqsədi ilə həmsədrlərin Azərbaycan Prezidenti və DQAİ liderləri ilə görüşləri eyni vaxta salınır və ayrı-ayrılıqda keçirilmirdi).

Buna görə də təəccüblü deyildir ki, avropalı siyasətçilər, o cümlədən Semnebi də maraqlı tərəflərdən biri ilə görüşlər keçirmək üçün Dağlıq Qarabağa səfər edirlər. Lakin buradan heç vaxt belə nəticə çıxmırdı ki, həmin tərəf bütün Dağlıq Qarabağı təkcə təmsil edir və bu tərəfin statusu əsasdır, yəni o, Ermənistana və Azərbaycana bərabər statusa malikdir.

Bunu nə mən fikirləşib tapmışam, nə də “Azərbaycan təbliğatı”. Bu fakt ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasının əsasını təşkil edir və politoloqlar KİV-dəki çıxışlarının devalvasiyaya uğramaması üçün bunu bilməli və nəzərə almalıdırlar.

Bu məsələnin rusiyalı politoloqların diqqətindən kənarda qalmasının səbəbi bəlkə də ondan ibarətdir ki, əcnəbi siyasətçilər DQAİ rəhbərləri ilə görüşmək üçün onların başqa şəhərə səfər etməsi lazım gəlməmişdir, bu görüşlər həmişə eyni şəhərdə - Azərbaycanın paytaxtında keçmişdir. Belə olmasaydı, əlbəttə bu məsələ diqqəti cəlb edərdi. Bununla belə avropalı siyasətçilərin üç şəhərə səfər etməsi faktı heç də o demək deyildir ki, yalnız üç tərəf vardır. ATƏT-in Minsk qrupunun danışıqlar formulu həmişə 2+2 kimi qalmışdır.

Yeri gəlmişkən, ATƏT-in fəaliyyətdə olan sədri, Litva XİN rəhbəri Audronius Ajubalis martın 18-də Dağlıq Qarabağa getməkdən tamamilə imtina etmiş və DQEİ-nin rəhbəri Bako Saakyanı birbaşa Yerevanda qəbul etməyi qərara almışdı. Lakin bu fakt da ATƏT-in Minsk qrupunun danışıqlar formatının əsası olan “Beyker qaydaları”nı dəyişmir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO