Azərbaycan Dövlət İnformasiya Agentliyi

SERJ SARKİSYANIN XAM XƏYALLARI

Ermənistanın "Arminfo" agetliyinin verdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan alman sosioloqu Tilman Alertə müsahibəsində demişdir ki, “Azərbaycanın Dağlıq Qarabağı tanıyacağı və Dağlıq Qarabağın ya müstəqil dövlətə, yaxud Ermənistanın bir hissəsinə çevriləcəyi gün onun üçün ən xoşbəxt gün olacaqdır”. Prezidentin sözlərinə görə, o, “hələ 70-ci illərin axırlarında başa düşmüşdür ki, Azərbaycanın tərkibində Dağlıq Qarabağın gələcəyi olmayacaqdır”.

Dünya birliyi Dağlıq Qarabağın Azərbaycanın tərkibindən özbaşına “çıxmaqla” necə “çiçəklənən gələcəyə qovuşmasını” münaqişə və işğal illərində özü yəqin etmişdir. Dağlıq Qarabağın boş qalmış kəndləri, regionun öz iqtisadiyyatının olmaması, özü dilənçi və yarımmüstəmləkə vəziyyətində olan Ermənistandan asılılıq, ətrafda hər yerin minalanmış olması, işsizliyin yüksək səviyyəsi, əhalinin çıxıb getməsi, boş qalmış qonşu kəndlərdəki köhnə tikililərin sökülməsi və həmin tikinti materiallarının iranlılara satılması hesabına birtəhər dolanmaq - görünür, 70-ci illərin axırlarında Serj Sarkisyanın öz doğma diyarı üçün görmək istədiyi “xoşbəxt alternativ” bunlardan ibarət imiş.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov Ermənistan prezidentinin dediklərini şərh edərkən onu məyus etməli olmuşdur: “Azərbaycan tərəfi bu məsələdə cənab Sarkisyana heç nə ilə kömək edə bilməyəcək və deməli, onun ömrünün ən xoşbəxt günü olmayacaqdır”.

Biz isə öz tərəfimizdən əlavə edək ki, Sarkisyanın bəyanatını diqqətlə oxusaq, orada ehtiyatsızlıq üzündən yol verilmiş iki etiraf olduğunu görərik: əvvələn, o, özü etiraf edir ki, indiki dövrdə Dağlıq Qarabağ müstəqil dövlət deyildir, çünki Azərbaycan onu tanımamışdır. İkincisi, Ermənistan prezidentinin bu diyarı özünün başçılıq etdiyi dövlətin bir hissəsi kimi görmək barədə ümidləri bir daha göstərir ki, münaqişənin mahiyyəti ərazi iddiaları ilə bağlıdır və Ermənistanın Azərbaycana qarşı açıq ərazi iddiaları ilə “xalqın öz müqəddəratını təyin etməsi” kimi bəlağətli termin arasında heç bir əlaqə yoxdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi "bədbəxt və məzlum xalqın" hansısa amalları deyil, sırf ərazi münaqişəsidir. Bu münaqişənin kökündə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları dayanır. Etnik təmizləmələrdən sonra taktiki mülahizələr və həmin iddialara xidmət üçün ortaya atılmış “millətin öz müqəddəratını təyin etmək hüququ” haqqında tezis isə bu halda tamamilə qəbuledilməzdir. Sarkisyanın Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin bir hissəsini Ermənistanın tərkibində görmək barədə xam xəyalları və Ermənistan parlamentinin keçmiş DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qanunsuz qərarını hələ də ləğv etməməsi faktı da sübut edir ki, Ermənistan məhz ərazi iddiasındadır, onun bu diyarın monoetnikləşdirilmiş əhalisinin qeydinə qalması barədə deyilənlər riyakarlıqdır.

Sarkisyan öz müsahibəsində demişdir: “Dağlıq Qarabağ Azərbaycana sovet hakimiyyətinin qanunsuz qərarı ilə və vilayət xalqının iradəsinin əksinə olaraq birləşdirilmişdir”. Ermənistan prezidenti bu sözləri ilə bələd olmadığı tarixi faktları qəsdən təhrif edərək, oxucu auditoriyasını çaşdırmağa çalışır. Mövcud arxiv sənədləri göstərir ki, Dağlıq Qarabağ Azərbaycana “birləşdirilməmiş”, onun tərkibində “saxlanmışdır” və yeri gəlmişkən deyək ki, Sarkisyanın soydaşı A.Nazaretyan da bunun lehinə səs vermişdir. Qafqaz Bürosu plenumunun qətnaməsində deyilənləri sözbəsöz xatırladırıq: “Müsəlmanlarla ermənilər arasında milli sülhün zəruriliyi, Yuxarı və Aşağı Qarabağın iqtisadi əlaqələrini, onun Azərbaycanla daimi əlaqəsini əsas tutaraq, Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlansın, onun tərkibinə daxil olan Şuşa şəhəri inzibati mərkəz olmaqla geniş vilayət muxtariyyəti verilsin”.

Qafqaz Bürosunun qərarının o vaxt Dağlıq Qarabağda yaşayan əhalinin iradəsinə zidd olması barədə Sarkisyanın sözlərinin də tarixi gerçəkliyə heç bir aidiyyəti yoxdur. Anastas Mikoyan 1919-cu il mayın 22-də V.İ.Leninə göndərdiyi məruzəsində bu diyardakı ermənilərin bundan sonra da Azərbaycanın tərkibində yaşamaq arzusunda olmasını yazırdı: “Erməni hökumətinin agentləri olan daşnaklar Qarabağın Ermənistana birləşdirilməsinə çalışırlar, lakin bu, Qarabağ əhalisi üçün özlərinin dolanacaq mənbəyindən - Bakıdan məhrum olmaq və heç vaxt, heç bir əlaqələri olmayan İrəvanla bağlanmaq demək olardı. Erməni kəndliləri də özlərinin beşinci qurultayında Sovet Azərbaycanını tanımağı və ona qoşulmağı qərara almışlar”.

Bundan əlavə, 1923-cü ilin avqust ayında DQMV-də keçirilmiş referendumun gedişində erməni kəndlilər: Azərbaycanın tərkibində DQMV yaradılmasını bəyənmişdilər. 1923-cü il oktyabrın 13-də Qarabağ Vilayət Partiya Komitəsinin katibi Sero Manutsyan həmin referendumun yekunları haqqında AK(b)P MK-ya məruzəsində bildirmişdir: “Azərbaycanın tərkibində muxtariyyət haqqında akt erməni kəndliləri tərəfindən tam həmrəyliklə qarşılanmışdır… Kəndlilər özlərinin kütləvi qətnamələrində muxtariyyəti və sovet hakimiyyətini alqışlamışlar”. 1924-cü il mayın 5-də S.M.Kirov AK(b)P MK-nın Azərbaycan Kommunist Partiyasının qurultayına hesabat məruzəsində demişdir: “Bizim ən böyük, ən qabarıq nailiyyətimiz odur ki, Qarabağ məsələsi deyilən məsələ, ola bilsin tam olmasa da, hər halda, xeyli dərəcədə həll edilmişdir…Əsla şübhə yoxdur ki, biz bu məsələni yenidən həll etməli olmayacağıq”.

Bütün bu faktlar onu göstərir ki, Dağlıq Qarabağ əhalisi Azərbaycanın tərkibində qalmaq istəyirdi və A.Nazaretyan Qafqaz Bürosunun plenumunda Qarabağın Azərbaycanın tərkibində saxlanmasının lehinə səs verməklə həmin əhalinin iradəsini ifadə etmişdi.

Nəhayət, o dövrdə dünya dövlətlərinin çoxu tərəfindən tanınmış ölkənin rəsmi hakim dairələrinin qərarı barədə Sarkisyanın bəyanatındakı “qanunsuz” sözü də təəccüb doğurur. Hakimiyyətin qərarları nə üçün qanunsuz hesab edilməlidir? Əgər Sovet hakimiyyətinin qərarları qanunsuz idisə, onda elə həmin Sovet hakimiyyəti tərəfindən qurulmuş Ermənistan SSR-in bazasında yaradılmış indiki Ermənistan Respublikasının özünün mövcudluğu da qanunsuz hesab edilməlidir. Bundan əlavə, əgər Sarkisyan Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması haqqında Qafqaz Bürosu plenumunun qəbul etdiyi tamamilə məntiqi qərarı “qanunsuz” hesab edirsə, onda elə həmin Sovet hakimiyyətinin 1929-cu ildə qəbul etdiyi, bir sıra kəndlərin Ordubad və Zəngilan mahallarından alınması və onların əsasında süni, əvvəllər heç vaxt mövcud olmamış Mehri rayonunun yaradılması və onun Ermənistan SSR-ə verilməsi haqqında qərar nə dərəcədə qanuni hesab edilməlidir? Zəngəzurun qalan hissəsinin, bütün Şərqi Göyçənin, Zəngibasarın, Qazax qəzasının geniş ərazilərinin Sovet hakimiyyəti tərəfindən Ermənistana verilməsi nə dərəcədə qanuni hesab edilmişdir və həmin dövrdə oradakı sakinlərin əksəriyyətini təşkil edən azərbaycanlıların fikri bu qərarlarda nə dərəcədə nəzərə alınmışdır? Nəhayət, 1988-ci ildə DQMV-nin Azərbaycanın tərkibindən çıxmaq haqqında qərarında Azərbaycan icmasının fikri nə dərəcədə nəzərə alınmışdı və nəyə görə Ermənistan Qarabağ erməniləri Ermənistanda yaşayan azərbaycanlılardan üstün tutulmalı idi? Axı, SSRİ-nin son illərində onlar da əsrlər boyu yaşadıqları geniş ərazini Azərbaycanın tərkibində görmək istəyə bilərdilər?

Əgər Ermənistan prezidenti öz müsahibəsində jurnalistə “miatsum” dövründən qalmış, tarixilikdən dəm vuran növbəti mitinq pamfleti oxumaq əvəzinə, bu məsələlərə toxunsaydı, daha düzgün olardı. Onun həyatda ən xoşbəxt gününü görmək arzusu isə, şübhəsiz ki, ürəyində qalacaqdır. Ona görə ki, arzunun, xəyalın da bir əndazəsi olmalıdır və bu əndazəni gözləməyi bacarmaq lazımdır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb