SƏRMAYƏ PROQRAMINA 30 MİLYON DOLLAR XƏRCLƏNMİŞDİR
bp-dən AZƏRTAC-a bildirmişlər ki, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin ictimai sərmayə proqramı hər üç ölkədə uğurla həyata keçirilməkdədir. Bütövlükdə BTC və Cənubi Qafqaz Boru Kəməri layihələri çərçivəsində Azərbaycanda, Gürcüstanda və Türkiyədə tikinti mərhələsi ərzində ictimai sərmayə proqramlarına və ətraf mühitin qorunmasına təxminən 30 milyon dollar vəsait xərclənmişdir. İstismar mərhələsində Regional İnkişaf Təşəbbüsü layihəsinin də həyata keçirilməsinə başlanacaqdır.