SƏRNİŞİNDAŞIMADAN 2 MİLYARD 800 MİLYON MANAT GƏLİR ƏLDƏ OLUNMUŞDUR
Dövlət Dəmir Yolu İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin birinci ayında sərnişindaşımadan 2 milyard 800 milyon manat gəlir əldə olunmuşdur. Hesabat dövründə polad magistrallarda 370 min sərnişin daşınmış, plana 119,3 faiz əməl olunmuşdur.