“ŞƏRQ EKSPRESS”İ RİQAYA GƏLMİŞDİR
“Anna” qalereyasında Azərbaycanın aparıcı fırça ustalarının, o cümlədən Fərman Qulamovun, Vüqar Qaziyevin, Davud Kazımovun, Eldəniz Babayevin rəsmləri nümayiş etdirilmişdir. Qəzetlər sərgi barədə yazırdılar: “Latviya paytaxtına “Şərq ekspress”i gəlmişdir”.
15 əsərdən ibarət ekspozisiyada Məhəmməd Orucovun yaradıcılığı daha tam şəkildə, 5 əsərlə təmsil olunmuşdur. Yeri gəlmişkən, Türkiyədə rəssamın 10-dan çox sərgisi keçirilmişdir. Latviya mətbuatının yazdığına görə, əsərləri rənglərinin əlvanlığı onu İtaliya İntibahının nəhənglərinə və bir çox Latviya rəssamlarına yaxınlaşdırır.
Baltqaylislər ailəsi rəsm kolleksiyasını toplamağa çoxdan başlamışdır. Bir neçə il əvvəl ər-arvad Bakıda işləmiş və elə o zaman da Latviyada özlərinin ən zəngin kolleksiyasına Azərbaycan rəngkarlarının əsərlərini əlavə etmişlər. T.Baltqaylis müsahibələrindən birində demişdir ki, onların kolleksiyası Türkiyə, Rusya və ABŞ-da böyük uğurla nümayiş etdirilmişdir. İndi isə növbə Avropanındır. Riqa “Şərq ekspress”inin ilk dayanacağıdır, növbəti reys Bakı və Avropa İttifaqı ölkələridir.
Sərginin açılışında çıxış edənlər, o cümlədən Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarov ölkəmizin incəsənətini uzaq diyarda təbliğ etdiklərinə görə Baltqaylislərə təşəkkürünü bildirmişlər.
Tatyana və Yuri sentyabr ayında Riqada Məhəmməd Orucovun əsərlərindən ibarət sərgi təşkil etmək niyyətindədirlər.