Şərqi Avropa ölkələri Rusiya uranına alternativ axtarırlar
Bakı, 12 aprel, AZƏRTAC
Bəzi Şərqi Avropa ölkələrinin Atom Elektrik Stansiyaları (AES) Rusiyanın nüvə yanacağından asılılığı azaltmaq üçün yeni uran tədarükçüləri axtarırlar.
AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, AES-lər dünya uran yanacağının 40 faizini istehsal edən Qazaxıstanı alternativ tədarükçülər qismində nəzərdən keçirir. “Kazatomprom” dövlət kompaniyasının icraçı direktoru Erjan Mukanov bazarın tələblərinə cavab vermək üçün ölkədə hasilat ehtiyatı hazırlandığını bildirib. Onun sözlərinə görə, Qazaxıstan bu il yanacaq istehsalını 22 min ton səviyyəsində saxlamağı planlaşdırır.
Vaşinqton da öz növbəsində Moskvadan zənginləşdirilmiş uran asılılığını azaltmaq istəyir. Lakin Rusiyadan nüvə yanacağı ixracının artmasının qarşısını almaq hələlik mümkün olmur. Ümumdünya Nüvə Assosiasiyasının proqnozuna görə, 2030-cu ildə dünyada urana tələbat 30 faizdən çox artacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]
Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib
- 07.10.2026 [11:40]