SƏRRAST ATICILAR
Sumqayıt, 10 yanvar (AZƏRTAC). Sumqayıt Dövlət Universitetində tələbələr arasında güllə atıcılığı yarışları keçirilmişdir. Şəhər Gənclər və İdman Baş İdarəsindən bildirmişlər ki, “Hünər” Gənc Vətənpərvərlər Klubunun təşkilatçılığı ilə iki gün davam edən turnirə 28 tələbə qatılmışdı. Gərgin keçən mübarizə şəraitində qalib gələn tələbələr Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanlarına layiq görülmüşlər.
Turnirdə qızların iştirakı xüsusi vurğulanmalıdır. Nigar Qəhrəmanova “Ən yaxşı qız atıcı” mükafatına layiq görülmüşdür. Təşkilatçılar belə yarışların formatını genişləndirmək niyyətindədirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:30]
Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]