Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sərsəng su anbarı ilə bağlı məsələ Avropa Parlamentində müzakirə olunub VİDEO

Brüssel, 1 iyun, AZƏRTAC

Sərsəng su anbarı ilə bağlı məsələ Avropa Parlamentində qaldırılıb

Avropa Parlamentində Sərsəng su anbarı ilə bağlı tədbir keçirilib. Avropa Parlamentinin üzvləri İvo Vayql, Tamaş Mesiriç və Fabio Kastaldonun iştirakı ilə keçirilən tədbirdə Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında olan Sərsəng su anbarının ətraf rayonların əhalisi üçün yarada biləcəyi humanitar fəlakətə xüsusi diqqət yetirilib.

“Dağlıq Qarabağ münaqişəsi: Sərsəng bu “dondurulmuş münaqişənin” buzlarını əridə bilərmi?” adlı tədbirə ekspert qismində Britaniya Kral Kollecinin təmsilçisi Treysi Cerman, Beynəlxalq Xəbərdarlıq Mərkəzinin rəhbəri Marina Naqayi, LİNKS təşkilatının direktoru Denis Sammut və Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təmsilçisi Torsten Ahren qatılıblar. Avropalı parlamentarilərin dəvəti əsasında Milli Məclisin üzvü, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev tədbirdə xüsusi qonaq statusu ilə iştirak edib.

Tədbiri açan İvo Vayql Sərsəng su anbarının Ermənistanın nəzarəti altında olduğunu, gərəkli texniki baxışların və təmirin həyata keçirilmədiyini bildirərək, onun doğurduğu risklərdən söz açıb. O, bölgədə yaşayan Azərbaycan əhalisi üçün böyük təhlükələrin olduğunu narahatlıqla qeyd edib.

Sərsəng su anbarı Ermənistanın təzyiq vasitəsidir

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təmsilçisi Torsten Ahren əhalinin təsərrüfat fəaliyyətinin dəstəklənməsi məqsədilə tikilmiş Sərsəng su anbarının hazırda Ermənistan tərəfindən bir təzyiq vasitəsi kimi istifadə edildiyini və bunun qəti qəbuledilməz olduğunu diqqətə çatdırıb. Belə vəziyyətin ortadan qaldırılması üçün münaqişə tərəfləri arasında əlaqələrin yaradılmasının vacibliyinə diqqət çəkən Aİ rəsmisi bu istiqamətdə İttifaqın hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib.

Beynəlxalq Xəbərdarlıq Mərkəzinin rəhbəri Marina Naqayi Dağlıq Qarabağ münaqişəsini dünyada mövcud olan ən mürəkkəb münaqişələrdən biri kimi səciyyələndirib. Lakin bunun humanitar məsələlərdə tərəflərin ortaq məxrəcə gəlməsinə əngəl yaratmamalı olduğunu qeyd edib. O, köhnəlmiş texnologiyalarla istismar olunan Sərsəng su anbarının bölgədə baş verəcək hər hansı bir zəlzələyə qarşı dayanıqsız olduğunu və ciddi humanitar fəlakətlərə səbəb ola biləcəyini vurğulayıb.

Britaniya Kral Kollecinin təmsilçisi Treysi Cerman Sərsənglə bağlı problemin ciddiliyinə diqqət çəkərək məsələnin humanitar fəlakətə səbəb olmaq potensialı haqda hər kəsin düşünməli olduğunu xatırladıb. O, təkcə münaqişə tərəflərinin deyil, regionda maraqlı olan tərəflərin və bütün əsas beynəlxalq təşkilatların məsələnin həlli üçün səy göstərməli olduğunu qeyd edib. Onun fikrincə, ancaq bu yolla sözügedən problemin fəlakətə çevrilməsi riskinin qarşısı alına bilər.

LİNKS təşkilatının direktoru Denis Sammut Dağlıq Qarabağ münaqişəsinin geosiyasi reallıqlarını önə çəkərək, diqqəti bu münaqişədən və onun nəticələrindən əziyyət çəkən insanların üzləşdiyi humanitar problemlərə yönəltməyin vacibliyini qeyd edib. Bildirib ki, Sərsəng problemi Dağlıq Qarabağ münaqişəsi nəticəsində ortaya çıxan məsələdir və bu məsələyə görə 100 minlərlə insan əziyyət çəkir. Ekspertin fikrincə, Sərsəng probleminin həlli istiqamətində atılacaq addımlar bütövlükdə həm də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı etimadyaradıcı addımlar kimi səciyyələndirilə bilər.

Münaqişənin həlli ilə Minsk qrupunun məşğul olması iddiası doğru deyil

Dinləmələrdə iştirak edən Ermənistan təmsilçiləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin yalnız ATƏT-in Minsk qrupunun səlahiyyətlərinə aid olduğunu bildirərək, mövzunun Avropa Parlamentinin gündəminə çıxarılmasının məqsədəuyğun olmadığını bildiriblər. Ermənistan səfirliyinin müşavirinin tədbirlə bağlı iradlarına cavab olaraq İvo Vayql bildirib ki, münaqişənin həlli ilə yalnız Minsk qrupunun məşğul olmasının iddia edilməsini doğru hesab etmir. Minsk qrupu münaqişə ilə bağlı mövcud olan bütün sualların cavabı deyil və beynəlxalq ictimaiyyət, xüsusilə Avropa təsisatları bu münaqişəyə və onun doğurduğu nəticələrə daha çox diqqət ayırmalıdır.

Milli Məclisin üzvü, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev işğal nəticəsində Sərsəng su anbarının Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçməsi, bunun Dağlıq Qarabağ və ətraf bölgələr üçün yaratdığı problemlər haqda tədbir iştirakçılarına ətraflı məlumat verib.

Milli Məclisin deputatı Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarının bu problemdən ən çox zərər çəkdiyini, bu rayonlarda əhalinin içməli və təsərrüfat suyundan məhrum olduğunu, nəticədə dinc əhalinin əsas gəlir sahələri olan kənd təsərrüfatı ilə məşğul ola bilmədiyini, bütün bunların regionun sosial-iqtisadi inkişafına mənfi təsir göstərdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Sərsəng su anbarında hər hansı bir təbii fəlakət və ya subyektiv səbəblərdən qəza baş verəcəyi təqdirdə sözügedən 6 regionun və təxminən yarım milyon əhalinin su altında qalacağını vurğulayaraq beynəlxalq təşkilatları humanitar fəlakət təhlükəsinə laqeyd qalmamağa çağırıb. C. Feyziyev Ermənistanın Sərsəng su anbarından azərbaycanlılara qarşı silah kimi istifadə etməsinin heç bir beynəlxalq hüquq prinsiplərinə və etik normalara sığmadığını bildirib.

Qeyd edilib ki, Ermənistan Azərbaycan tərəfinə heç bir xəbərdarlıq etmədən bol yağıntılı dövrlərdə Sərsəngdən böyük həcmdə su buraxmaqla daşqınlara, yayda isə suyun önünü kəsməklə quraqlığa səbəb olur. Cavanşir Feyziyev, həmçinin Sərsəng su anbarından buraxılan su ilə axıdılan partlayıcı maddələrin təsərrüfatda işləyən insanların, hətta bəzən uşaqların da ölümünə və yaralanmasına səbəb olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, 2016-cı ilin yanvar ayında AŞPA tərəfindən Sərsəng su anbarı ilə bağlı işğalçı qüvvələrin həmin ərazidən dərhal çıxarılmasını tələb edən qətnamənin qəbul edilməsinə baxmayaraq, Ermənistan bu günədək onu icra etməyib. O, vəziyyətin dözülməz xarakter aldığını vurğulayaraq beynəlxalq ictimaiyyəti, xüsusilə də Aİ və Avropa Parlamentini bu humanitar fəlakətin aradan qaldırılması üçün daha fəal rol oynamağa və Ermənistana qarşı müvafiq təzyiq tədbirləri görməyə səsləyib.

Sonda tədbirin təşkilatçıları və münaqişə üzrə tanınmış ekspertlər məsələnin daim diqqət mərkəzində saxlanılmasının və ən qısa müddətdə Sərsəng probleminin həlli üçün konkret təkliflər hazırlanmasının vacibliyini vurğulayıblar.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Sərsəng su anbarı ilə bağlı məsələ Avropa Parlamentində müzakirə olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər