Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sertifikasiya imtahanında iştirak etmək üçün ilk növbədə, ixtisasa müvafiq təkmilləşdirmə kursundan keçmək lazımdır

Sertifikasiya imtahanında iştirak etmək üçün ilk növbədə, ixtisasa müvafiq təkmilləşdirmə kursundan keçmək lazımdır

Bakı, 6 aprel, AZƏRTAC

Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixində 108 nömrəli qərarına əsasən yaranıb. 2011-ci il yanvarın 5-də komissiyanın fəaliyyətinə start verilib. Fəaliyyət istiqamətləri imtahan materiallarının tərtib edilməsi, tibb işçilərinin kvalifikasiyasını təsdiq edən bilik və bacarıqlarının qiymətləndirilməsi, qiymətləndirmə materialları müəllifləri üçün təlimlərin keçirilməsi, səhiyyə işçiləri üçün sertifikasiya imtahanı mövzusunda təlimlərin təşkili, sınaq imtahanlarının keçirilməsidir.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyasının rəhbəri Murad Mirzəzadə həkimlərin sertifikasiyası ilə bağlı sualları cavablandırıb.

-Sertifikasiyadan kimlər və hansı müddətdə keçməlidirlər?

-Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) sertifikasiyaya cəlb edilmirlər. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər.

-Sertifikasiya prosesi necə həyata keçirilir?

-Sertifikasiya imtahanının keçirilməsinə 30 (otuz) gün qalmış imtahana cəlb olunan hər bir şəxs Sertifikasiya Şurasının internet səhifəsində bu barədə məlumat yerləşdirmək yolu ilə və imtahana cəlb olunan şəxslərin təqdim etdikləri mobil telefon nömrələrinə zəng etməklə, yaxud elektron poçt ünvanlarına yazmaqla məlumatlandırılır. Sertifikasiya imtahanına cəlb edilən hər bir səhiyyə mütəxəssisinə şəxsi eyniləşdirmə kodu verilir. Şəxsi eyniləşdirmə kodu rəqəmlə ifadə olunur və imtahan zamanı şəxsin anonimliyinin qorunmasına xidmət edir. Sertifikasiya imtahanına cəlb edilən hər bir şəxsə imtahana buraxılış vərəqəsi verilir. İmtahana buraxılış vərəqəsinə imtahanda iştirak edən şəxsin fotoşəkli yapışdırılır və orada şəxsi eyniləşdirmə kodu, imtahan keçirilən ünvan, tarix, vaxt, auditoriyanın nömrəsi göstərilir. İmtahana buraxılış vərəqəsinə şəxsin adının, soyadının və şəxsiyyətini müəyyən edən digər məlumatların yazılmasına yol verilmir. Bu qaydanı pozmuş şəxs imtahandan kənarlaşdırılır. Sertifikasiya imtahanına gələn şəxslər imtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini özləri ilə gətirməlidirlər. Göstərilən sənədlərin biri olmadıqda, həmin şəxs imtahana buraxılmır. Sertifikasiya imtahanının sualları iki hissəyə (test və klinik tapşırıq) bölünür və məxfilik gözlənilməklə, Sertifikasiya Komissiyası tərəfindən üç mürəkkəblik dərəcəsi üzrə tərtib edilir. Suallar toplusu hər il 10-20 faiz yeniləşdirilir. Sertifikasiya Komissiyası imtahan suallarının test hissəsinə dair düzgün cavabların siyahısını tərtib edir və məxfiliyin gözlənilməsi şərtilə xüsusi ayrılmış yerdə saxlanılmasını təmin edir. İmtahan sualları xüsusi optik cihazlar vasitəsilə oxunan cavab kartında qeyd olunur. İmtahanda istifadə edilən suallar sertifikasiya komissiyasının müvafiq ixtisas üzrə test bankından kompüter proqramı vasitəsilə seçilir və sual kitabçaları da məhz bu tapşırıqlar əsasında formalaşdırılır. İmtahan rəhbəri nəzarətçi və müşahidəçi ilə birlikdə cavab kartları zərfinin möhürünü açır, şəxsi eyniləşdirmə kodu ilə şifrələnmiş cavab kartlarını sual kitabçalarına uyğun olaraq ayırır. Cavab kartları imtahan verənlərə paylanılır və onların doldurulması qaydaları izah edilir. Daha sonra sual kitabçaları paylanılır. Sertifikasiya imtahanı üç saat müddətində keçirilir. İmtahan zamanı fasilə verilmir. İmtahan suallarının test hissəsi üzrə 40 (qırx) və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunurlar.

-Sertifikasiya imtahanında iştirak etmək üçün hansı sənədlər tələb olunur?

-Sertifikasiya imtahanında iştirak etmək üçün ilk növbədə, ixtisasa müvafiq təkmilləşdirmə kursundan keçmək lazımdır. Kursun müvəffəqiyyətlə başa vurulması haqqında məlumat Sertifikasiya Komissiyasına təqdim edildikdə, həmçinin tələb edilən sənədlər:

1. Nazirlik tərəfindən müəyyən edilmiş formada ƏRİZƏ

2. Şəxsiyyət vəsiqəsi və onun surəti (soyadını dəyişdiyi halda nikah haqqında şəhadətnamə və onun surəti əlavə olunur)

3. Ali və ya orta tibb təhsili haqqında sənədlər (diplom və internatura) və onların surəti

4. Əmək kitabçası və onun notarial qaydada və yaxud kadrlar şöbəsində təsdiq edilmiş surəti

5. Kadrlar uçotunun şəxsi vərəqəsi (özəl tibb müəssisələrində çalışan və işsiz tibb işçilərinə aid edilmir)

6. İxtisasartırma kurslarını keçməsi barədə sənəd və onun surəti

7. Sağlamlıq haqqında arayış - forma AZS086

8. 3 x 4 santimetr ölçüdə 2 ədəd fotoşəkil (ərizəyə yapışdırılır).

Sənədlər qaydasında olduğu halda tibb işçisinə imtahana buraxılış vərəqəsi verilir. Buraxılış vərəqəsində göstərilən tarixdə namizəd təyin edilən ünvanda imtahanda iştirak etməlidir.

Sonda nəzərinizə çatdırım ki, 2011-ci il yanvarın 5-dən 2021-ci il martın 31-i arasındakı dövrdə 27 min 829 tibb işçisi sertifikat alıb.

Sertifikasiya komissiyası tərəfindən təşkil edilən sınaq imtahanları namizədlərə real imtahan formatı ilə əvvəlcədən tanış olmaq və imtahan proqramı üzrə biliklərinin obyektiv səviyyəsini müəyyənləşdirməkdə yardım edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY