Şərurun ucqar dağ kəndi – Yuxarı Yaycı VİDEO
Naxçıvan, 15 yanvar, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Şərur rayonunun Yuxarı Yaycı kəndi.
Şərurun ucqar dağ kəndlərindən olan Yuxarı Yaycıda qədim tarixlə əsrarəngiz təbiət həmahəngdir.
Bu günlərdə ağ örpəyə bürünən kənddə həyat öz axarı ilə davam edir. Ərazidə qalıqları qalan küp qəbiristanlıqlar kəndin qədim tarixindən xəbər verir.
Kəndin adı qədim insanların məşğuliyyəti ilə bağlıdır. Yaycı "yayçı", "oxçu" deməkdir. Vaxtilə burada oxçular, yayçılar yaşayıb, torpaqlarını yadellilərdən qoruyublar.
Sakinlər əsasən əkinçilik və heyvandarlıqla məşğuldurlar.
Sakitlik axtaranlar üçün bura ideal yerdir. Qədim küçələrdə gəzmək sizə zövq verəcək. Həmçinin təmiz havada dincələ bilərsiniz. Möhtəşəm fotolar çəkmək üçün fürsəti qaçırmayın. Yuxarı Yaycı sizi unudulmaz səyahətə səsləyir.