“Səsin gəlsin!” podkastinq layihəsi fəaliyyətə başlayır
Bakı, 18 may (AZƏRTAC). Sumqayıt İnformasiya Texnologiyaları Akademiyası (SİTA) “Səsin gəlsin!” podkastinq (audio formatında informasiya yayımı) layihəsinin icrasına başlamışdır. Layihənin məqsədi Azərbaycanda podkast mədəniyyətini formalaşdırmaqdır. Beş ay davam edəcək layihə Bakı və Sumqayıt şəhərlərində icra olunacaqdır.
SİTA-dan AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində yeni media alətləri, o cümlədən bloqçuluq, podkastinqə aid seminarlar və təlimlər keçiriləcəkdir. Təlimlərdə hazırlanmış bütün materiallar www.podkastbloq.com saytında yerləşdiriləcəkdir.
Bundan əlavə, Azərbaycanda ilk podkastinq platforması olan podkast.az saytı yaradılacaqdır. Bu platforma podkast hazırlamaq və ya dinləmək istəyən hər bir kəs üçün açıqdır.
Layihəyə podkast müsabiqəsi ilə yekun vurulacaqdır.
Podkastinq təlimlərində audio bloqçuluq və radio jurnalistika ilə maraqlanan və məşğul olmaq istəyən bloqçular, jurnalistlər, jurnalistika fakültəsinin tələbələri və aktiv internet istifadəçiləri iştirak edə bilərlər.
“Səsin gəlsin!” podkastinq layihəsinin bir hissəsi ABŞ-ın ölkəmizdəki səfirliyinin Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı tərəfindən maliyyələşdirilir. Layihə ilə bağlı yayımlanan hər hansı bir informasiyada əks olunmuş fikirlər, faktlar və tövsiyələrə görə müəlliflər məsuliyyət daşıyır və ABŞ Dövlət Departamentinin mövqeyini tam olaraq əks etdirmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:00]
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]