SƏUDİYYƏ ƏRƏBİSTANI LİVANDA SÜLHÜN BƏRQƏRAR EDİLMƏSİNƏ DAİR PLAN HAZIRLAMIŞDIR
Ər-Riyad Livanda vəziyyətin təxirə salınmadan nizama salınmasına çağırır. Buraya BMT Təhlükəsizlik Şurasının 1559 nömrəli qətnaməsi əsasında “Hizbullah” hərəkatının tamamilə tərk-silah edilməsi də daxildir. Səudiyyə Ərəbistanı Livanın cənub bölgələrində beynəlxalq qüvvələr yerləşdirilməsini zəruri sayır. Bu qüvvələr NATO əsasında yaradıla bilər. ABŞ onlara havadan dəstək göstərəcək, lakin öz yerüstü bölmələrini Livana göndərməməlidir.
Bu planda Livanda atəşkəs rejiminin dərhal tətbiq edilməsi ilk addım olmalıdır.
Britaniya mənbələrinin məlumatına görə, İsrail rəhbərliyi Səudiyyə Ərəbistanının planına və Livanın cənubunda NATO-nun, yaxud Avropa İttifaqının qüvvələrini yerləşdirmək təklifinə ümumən müsbət münasibət göstərmişdir. Lakin Təl-Əviv həmçinin istəyir ki, bu qüvvələr Livanın şərq bölgələrini, ilk növbədə, Bəqa vadisini nəzarətə götürsünlər.