Səudiyyə Ərəbistanı və Polşa səfirlikləri Pakistanda terror təhlükəsi barədə xəbərdarlıq edib
Bakı, 27 dekabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı və Avstraliyanın Pakistandakı səfirlikləri Yeni il bayramı günlərində paytaxt İslamabadda mümkün terror aktları ilə bağlı xəbərdarlıq edib.
AZƏRTAC “The Express Tribune” qəzetinə istinadla xəbər verir ki, diplomatik missiyalar öz ölkələrinin vətəndaşlarını qarşıdakı günlərdə diqqətli olmağa və insanların kütləvi toplaşdığı məkanlardan uzaq durmağa çağırıb.
Bir müddət öncə ABŞ və Böyük Britaniya səfirlikləri də vətəndaşlarına analoji xəbərdarlıq etmişdi.
İslamabadın təhlükəsizlik qüvvələri dekabrın 23-də iki nəfərin ölümü ilə nəticələnən partlayışdan sonra yüksək hazırlıq vəziyyətinə gətirilib. Bu, 2014-cü ildən bəri Pakistanın paytaxtında kamikadze tərəfindən törədilən ilk terror aktı olub. Hücumun məsuliyyətini “Təhrik-e-Taliban Pakistan” qruplaşması üzərinə götürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [16:00]
Niderland Fransadan F21 torpedasını alacaq
- 18.06.2026 [15:58]
Çinli alimlər lələkli dinozavr növü tapıblar
- 18.06.2026 [15:39]
Aİ okeanların qorunmasına 338 milyon avrodan çox vəsait ayırıb
- 18.06.2026 [15:31]
İyunun 18-i Davamlı Qastronomiya Günüdür
- 18.06.2026 [15:14]
Nifrət Nitqinə qarşı Beynəlxalq Mübarizə Günü
- 18.06.2026 [15:04]
Qazaxıstan Prezidenti TDT ölkələri Ali məhkəmələrinin sədrlərini qəbul edib
- 18.06.2026 [14:42]