Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sevimli ev heyvanları vitrində - paytaxtdakı zoobazardan REPORTAJ

Bakı, 13 noyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Heyvanlar həmişə insan həyatında xüsusi yer tutur. Belə ki, onlar əhvali-ruhiyyəni yüksəldir, qayğıkeşliyi və məsuliyyəti öyrədir. Heyvanların qayğısına qalmaq isə insanlara daha diqqətli və səbirli olmaqda kömək edir. Ancaq hər heyvanın öz xüsusiyyəti, vərdişi və ehtiyacı var. Paytaxtın canlı, rəngarəng və səs-küylü məkanlarından biri olan zoobazar hər gün öz alıcıları üçün açıqdır. Burada hər addımda yeni bir heyvan növü ilə qarşılaşmaq mümkündür. Akvarium balıqları, şirin səsli, rəngli lələkli quş növləri, yumşaq tüklü dovşanlar və mehriban itlər bazarda öz alıcılarını və yeni ailələrini gözləyir. Bazar həm böyüklərin, həm də uşaqların sevimli istirahət və maraq mərkəzinə çevrilib. Bazarın içərisində yerləşən mağazalarda itlər, pişiklər, quşlar, gəmiricilər və balıqlar üçün hər çeşid qida və aksesuarlar var.

AZƏRTAC-ın əməkdaşları bu dəfə zoobazarda satışa çıxarılan ev heyvanlarının saxlanılma şəraiti və qiymətləri ilə tanış olublar

Rəngarəng akvarium balıqları, qiymətləri və qulluq qaydaları

Bazarda ilk olaraq diqqət çəkən piştaxtaların üzərindəki çoxçeşidli balıqlarla zəngin akvariumlardır. İçərisində isə murenlər, angvillər, dəniz mələkləri və sülhsevər olmaqlara bir çox balıq növləri üzür. Satıcı R.Səfərovun sözlərinə görə, bu balıqlar əsasən Tayland, İran, Sinqapur və Rusiyadan gətirilir, bəziləri isə burada artırılır: “Akvarium balıqları ev şəraitində ən çox sevilən və saxlanılan canlılardandır. Onlar həm evə gözəllik verir, həm də sakitləşdirici təsirə malikdir. Lakin bu balıqları sağlam və uzunömürlü saxlamaq üçün müəyyən qaydalara riayət etmək vacibdir. Balıq saxlamaq istəyən hər kəs, ilk növbədə, balığın növünə uyğun ölçüdə akvarium seçməlidir. Kiçik balıqlar üçün balaca, iri növlər üçün isə geniş akvarium lazımdır. Akvarium təmiz su ilə doldurulmalı, suya xlor düşməməsinə diqqət edilməlidir. Ən yaxşısı, kran suyu istifadə olunarsa, onu bir neçə gün açıq qabda saxlayıb sonra akvariuma tökməkdir. Akvariumun dibinə xırda daşlar, qum və su bitkiləri qoymaq həm balıqların rahatlığı, həm də təbii mühit hissi üçün vacibdir”.

Satıcı bildirir ki, ev heyvanlarının satış qiyməti isə hər kəsin cibinə uyğundur. Belə ki, balıqların qiyməti 1 manatdan 100 manata qədərdir və ən çox tələbat da məhz 1-10 manat aralığındakı sülhsevər balıqlara olur. Bahalı, iri növlər üçün isə daha böyük akvarium lazımdır. Akvariumların qiymətləri 10 manatdan 850 manata qədər dəyişir.

Satıcı, həmçinin balıqlara gündə iki dəfə qida verməyi məsləhət görür: “Amma akvariumda yaşayan balıqların qidası miqdarca az olmalıdır, çünki onlar təbiətdəki qədər hərəkət etmirlər. Balıqlar çox az qida ilə kifayətlənirlər. Onlara gündə 2 dəfə, səhər və axşam yem vermək məsləhətdir. Qida miqdarı balığın sayına və ölçüsünə uyğun olmalıdır. Unutmaq olmaz ki, artıq yem qalıqları suyu çirkləndirir, bu da balıqların xəstələnməsinə səbəb ola bilər. Ən uyğun variant balıqların 2-3 dəqiqə ərzində yeyə biləcəyi qədər yem verməkdir”.

 

Zoobazarda səs və rəng harmoniyası

Zoobazarın digər guşəsində isə səs-küylü və bir o qədər də rəngarəng bir mənzərə yaranır. Burada müxtəlif quş növləri 10 manatdan 700 manata qədər qiymətə satılır. Ev şəraitində quş saxlamaq həm gözəllik, həm də sevinc mənbəyidir. Onların şirin səsi, rəngarəng görünüşü insana xoş əhval-ruhiyyə bəxş edir. Bazardakı quşların əksəriyyəti Rusiyadan gətirilir, lakin yerli satıcılar da özləri artırdıqları növləri təklif edirlər. Xüsusilə bülbüllər yaşlı alıcılar arasında daha çox populyardır. Onların səsi alıcıları cəlb edir və sakitlik bəxş edir. Satıcılar bildirirlər ki, bu quşların 90 faizi qəfəsdə doğulur, bu səbəbdən açıq havada uzun müddət yaşaya bilmirlər. Soyuq havalarda onları çöldə saxlamaq məsləhət deyil, isti havalarda isə bir müddətlik mümkündür. Satıcı A.Kərimov quş saxlamaq üçün ən vacib şərtin geniş və rahat qəfəs seçmək olduğunu deyib: “Kiçik qəfəsdə quş az hərəkət etdiyindən tənbəlləşir və tez xəstələnə bilər. Qəfəs elə seçilməlidir ki, quş qanadlarını sərbəst aça bilsin. Qəfəsi gün işığı düşən, lakin birbaşa günəş altında olmayan yerdə saxlamaq məsləhətdir. Soyuq və küləkli yerlərdən uzaq olmalıdır. Qış aylarında qəfəsin olduğu otaq isti, lakin havasız olmamalıdır, təmiz hava və mülayim istilik vacibdir”.

Bazarda daha çox tələbat bülbül, kanareyka, dalğalı tutuquşu (popuqay), fişu və lovebird növlərinədir. Satıcının sözlərinə görə, fişu növü quşlar isə sərin havaları sevir, ancaq külək və temperatur dəyişikliyi bu növlər üçün təhlükəli ola bilər. “Qəfəs quşlarına gündə bir dəfə yem vermək kifayətdir. Həddindən artıq qida quşu tənbəlləşdirir və piylənməyə gətirib çıxarır. Qidaları təzə olmalı və təmiz su hər gün dəyişdirilməlidir. Quşlar üçün xüsusi dənli yemlər, az miqdarda meyvə və tərəvəz məsələn, alma, kök faydalıdır. Qəfəsi həftədə bir neçə dəfə təmizləməli, qida və su qabları isə yuyulmalıdır. Təmizlik həm xəstəliklərin qarşısını alır, həm də quşun rahatlığını təmin edir. Bazardakı quş qəfəslərinin qiyməti 12 manatdan 650 manata qədər dəyişir”. 

Ev üçün sevimli dostlar: İtlər, pişiklər və ekzotik heyvanlar

Zoobazarda diqqət çəkən digər canlılar isə dovşanlardır. Burada satılan dovşanlar daha çox holland cırtdanı, minilop, Scottish fold və digər növlərə aiddir. Satıcı söhbət zamanı ev dovşanlarının 1 kilo 500 qramadək çəkiyə malik olduğunu deyib. Bazardakı dovşan qiymətləri isə 5 manatdan 35 manata qədər dəyişir. Satıcı, həmçinin dovşan saxlamaq istəyənlərə xəbərdarlıq edib: “Dovşanlar çox aktiv olduqları üçün böyük bir qəfəsə və ya otağın bir hissəsinə ehtiyac duyurlar. Qəfəs o qədər böyük olmalıdır ki, dovşan içində rahatca uzana, dik ayaq üstə dura və iki-üç tullanış edə bilsin. Onlar ekzotik heyvanlar sayıldığı üçün onlara xüsusi diqqət yetirən baytar həkimi tapmaq vacibdir. Mütəmadi peyvəndlər və yoxlanışlar aparılmalıdır. Bilmək lazımdır ki, evdə saxlanan dovşanlara kələm və kök vermək olmaz. Xüsusilə yeni doğulmuşlar üçün bu çox təhlükəlidir, çünki onların mədəsi həssas olur”.

Heyvansevərlərin sevimlisi olan it və pişiklər də burada xüsusi diqqət çəkir. Sarı pudellər 500 manat, yorkshire terrier növ ev itləri 600 manat, britan növ pişiklər isə 200 manat qiymətə satılır. Bu it və pişik növləri əsasən ev şəraitinə uyğunlaşdırılıb və təlim üçün əlverişlidir. Satıcılardan öyrəndiyimizə görə, bazardakı bütün heyvanlar baytar yoxlamasından keçib.

Heyvan qidaları satıcısı Ramina Cəlilova deyir ki, zoobazarda ən çox müştəri bazar günləri olur. Həmin günlərdə həm alıcıların, həm də heyvan növlərinin sayı artır. “Valideynlər çox vaxt övladları ilə birlikdə gəlir, qiymətlərlə maraqlanırlar. Burada çeşid çox olduğu üçün qiymətlər də münasibdir, pedşoplardan daha ucuzdur”, – deyə R.Cəlilova bildirib. O əlavə edib ki, zoobazar həm uşaqlar, həm də böyüklər üçün maraqlı və öyrədici məkandır.

Bazarda gəzdiyimiz zaman burada heyvanlara qulluğun yüksək səviyyədə təşkil olunduğunun şahidi olduq. Alcılar arasında öz atasının əlindən tutmuş balaca bir oğlan böyük maraq və həvəslə itlərə baxır, 60 yaşlarının ortalarında bir kişi balıqları seyr edirdi. Azyaşlı Leyla yeni dostu, balaca ağ dovşanı haqqında həyəcanla danışırdı: “Mən həmişə dovşan sahibi olmağı arzulamışam. O, çox şirindir, yumşaq tükləri var, mən onunla hər gün məşğul olmaq istəyirəm”. Onun anası Afət xanım isə əlavə edir ki, ev heyvanı sahiblənməkdə əsas məqsəd yalnız əyləncə deyil, həm də uşağa məsuliyyət öyrətməkdir: “Biz Leylaya izah edirik ki, heyvanlar qayğı və diqqət tələb edir. Düşünürəm ki, o, səbirli və qayğıkeş olmağı öyrənəcək”.

Bakı zoobazarı yalnız heyvan almaq üçün bir məkan deyil, burada hər heyvan öz qayğıkeş sahibini tapır, insanlar isə şəhərin mərkəzində təbiətin kiçik sakinləri ilə təmas qurmaq imkanına malik olurlar. Qəfəs və akvariumlar arasında gəzdikcə uşaqların üzündə sevinc və təəccübü görmək mümkündür, böyüklər isə heyvanları diqqətlə və gülümsəyərək izləyirlər. Çünki heyvan saxlamaq insan məsuliyyətini və mərhəmətini göstərir...

                                              

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH