Seyşel adalarının təhsil eksperti: Bakı forumu nailiyyətlərimizi və çətinliklərimizi bölüşmək imkanı yaradır
Bakı, 28 aprel, AZƏRTAC
Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumu olduqca əhəmiyyətlidir. Çünki nailiyyətlərimizi və çətinliklərimizi bölüşmək imkanı yaradır.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Seyşel adalarının təhsil eksperti, tədqiqatçı Odile De Comarmond Andrine Louise deyib.
O qeyd edib ki, bu platformada bir çox ölkənin, xüsusilə kiçik ada dövlətlərinin qarşılaşdığı problemlərdən bəhs olunur.
“Düşünürəm ki, bu, bizim üçün çox vacib tədbirdir, çünki burada bizə lazım olan əməkdaşlıqlar yaratmaq mümkündür. Mən Azərbaycanı bu təşəbbüsü irəli sürdüyünə və belə möhtəşəm tədbirə ev sahibliyi etdiyinə görə təqdir edirəm. Hesab edirəm ki, bütün iştirakçılar yüksəksəviyyəli tədbirdən razıdır”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb
- 11.06.2026 [23:01]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [22:51]