Sığınacaqdakı uşaqlar üçün art-terapiya seanslarına başlanılıb
Bakı, 21 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzinin dəstəyi ilə yeni layihəyə - sığınacaqda məskunlaşmış uşaqlar üçün art-terapiya seanslarının təşkilinə başlanılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Təmiz Dünya” Qadınlara Yardım” İctimai Birliyinin sığınacağında yaşayan 35 uşaq bu layihəyə cəlb olunub. Seanslar hər yaş qrupu (3-6 yaş qrupu, 7-10 yaş qrupu, 11-16 yaş qrupu) üçün və hər bir seans 50 dəqiqə olmaqla keçirilir.
Məqsəd həmin kateqoriyadan olan uşaqların ehtiyac duyduqları sosial-psixoloji dəstək xidmətləri ilə əhatə olunmalarıdır. Seansları təcrübəli psixoloqlar aparırlar.
Uşaqlarda sığınacağaqədərki dövrdə qarşılaşmış olduqları hansısa hadisə nəticəsində formalaşmış fobiya, stres, depressiya, təşviş və s. pozuntular psixodiaqnostik testlər tətbiq olunmaqla aşkar edilir və art-terapiya seansları vasitəsilə həmin pozuntuların aradan qaldırılması üçün tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]