“SIĞORTA HAQQINDA” QANUNA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMİŞDİR
Layihəyə edilən əlavələrə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər əsaslarla sığortalanma hüququ əldə edəcəklər. Bundan başqa, təklif olunan yeni düzəlişdə deyilir ki, əgər bir müqavilə üzrə qəbul edilən riskin məbləği Azərbaycanda fəaliyyət göstərən sığortaçıların nizamnamə kapitalının minimum məbləğindən azdırsa, belə risklər üzrə təkrar sığorta haqlarının 70 faizindən çox olmayan hissəsi xarici təkrar sığortaçılara ödənilə bilər. Layihəyə həmçinin bir sıra redaktə xarakterli dəyişikliklər edilmişdir. Müzakirələr zamanı qeyd olunmuşdur ki, bu əlavələr və dəyişikliklər xarici sığortaçıların ölkəmizə marağının artmasına, əlavə sərmayə qoyuluşuna, ölkəmizin demokratik inkişafına və imicinin yüksəlməsinə səbəb olacaqdır.
Sonra iclasda “Poçt rabitəsi haqqında” Qanun layihəsi ikinci oxunuşda müzakirə edilərək qəbul olunmuşdur.