REGİONLAR
Şimal-qərb zonası üzrə eksternat imtahanda 364 nəfər iştirak edib
![](/files/galleryphoto/2023/3/1200x630/17032481393160344814_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17032481394715459715_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1703248139290599997_1200x630.jpg)
Şəki, 22 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Şimal-qərb zonası üzrə əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün dekabrın 22-də eksternat qaydasında aralıq imtahanı keçirilib. İmtahanda bölgəyə daxil olan 6 rayon üzrə ümumilikdə 364 nəfər iştirak edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.