Şimali Kiprdə ölkənin inkişaf strategiyası müəyyən edilir
Ankara, 31 iyul, AZƏRTAC
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) hakim partiyası olan Milli Birlik Partiyası (UBP) ölkənin gələcək inkişafı ilə bağlı genişmiqyaslı müzakirələr təşkil edib.
AZƏRTAC xəbər verir ki, “ŞKTC üçün güclü və suveren gələcək naminə konsepsiyalar və layihələrin hazırlanması” adlı tədbir UBP-nin baş katibi və ŞKTC Baş naziri Ünal Üstelin sədrliyi ilə başlayıb. Tədbirə siyasətçilər, rəsmilər, akademiklər, ekspertlər və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.
Üç gün davam edəcək tədbirin gündəliyinə 32 tanınmış akademikin moderatorluğu ilə 122 mövzu daxildir. Bu təşəbbüslər Şimali Kiprin daha da inkişafı üçün Yol Xəritəsinin və ŞKTC-nin aparıcı siyasi qüvvəsinin seçki manifestinin əsasını təşkil edəcək.
Açılış sessiyasından sonra Yaxın Şərq Universitetində 10 komitədə 1000-ə qədər iştirakçı müzakirələrə qatılıb. İkinci mərhələ 15 günlük interaktiv debatları əhatə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]