ŞİMALİ KOREYA CƏNUB QONŞUSUNU HƏDƏLƏYİR
Cənubi Koreyanın və ABŞ-ın hər il keçirdikləri təlimlərdə 17 minədək hərbi qulluqçu iştirak edir.
Xatırladaq ki, ABŞ-ın Cənubi Koreyada təxminən 37 min nəfərlik hərbi kontingenti var. Seul 690 min nəfərlik orduya malikdir. Şimali Koreyanın hərbi qüvvələri bundan, demək olar, iki dəfə çox – 1,2 milyon nəfərdir.
Bir neçə gün əvvəl ABŞ Dövlət Departamentinin nümayəndələri bildirmişdilər ki, KXDR atom bombasının yeraltı sınaqlarını keçirir. Adının çəkilməsini istəməyən Ağ evin nümayəndəsi jurnalistlərə demişdir ki, həqiqətən bu cür sınaqlar keçirilərsə, ABŞ Şimali Koreyaya qarşı qadağalar qoyulmasına çalışacaq və bu, onu dünyadan, əslində, təcrid edəcəkdir.