SİNDO-RYU KARATE DO VƏ PENÇAK SİLAT FEDERASİYASI ÖLKƏ ÇEMPİONATI KEÇİRİR
AZƏRTAC xəbər verir ki, Sindo-Ryu Karate do və Pençak Silat Federasiyası Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş ölkə çempionatı keçirir.
Ölkə çempionatında birincilik uğrunda 620-dən artıq yeniyetmə və gənc mübarizəyə qoşulmuşdur. Qaliblər 4 yaş dərəcəsi üzrə müəyyənləşəcəkdir. Ən aşağı yaş kateqoriyasında 10 yaşadək kadetlər yarışırlar.
İki gün davam edəcək ölkə çempionatının yekununa görə, fərqlənəcək idmançılardan təşkil olunacaq yığma komanda ölkəmizi mayın 25-də Fransada keçiriləcək Avropa çempionatında, həmçinin avqust ayında İsveçrədə təşkil olunacaq beynəlxalq turnirdə təmsil edəcək. Bundan əlavə, oktyabr ayında İndoneziyada keçiriləcək Asiya çempionatı da karateçilərimizin təqvim planında xüsusi yer tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]